Page 33 - Miisir
P. 33
la rını, әncir ağacının kölgәsi isә evi әvәz edirdi. Dördüncü gün gücü özünә qayıtdı,
yerindәn qalxıb adanın dәrinliyinә gedәrәk, yemәk axtarmağa başladı. Ordan әncir,
üzüm, sarımsaq, dadlı meyvәlәr, xiyar, cürbәcür balıq vә quş, daha nәlәr, nәlәr
tapdı. Adada nә istәsәn vardı. Özünә çaxmaq daşı düzәldib tonqal qalamağa
başladı.
Birdәn hәr yan uğuldadı, gurultu qopdu, dalğalar sahilә çırpıldı. Yer üzü, qızdır -
ma tutubmuş kimi, titrәmәyә başladı, çiçәklәr әsdi, ağaclar yellәndi. Yer çartıldadı
vә nәhәng, xallı bir İlan peyda oldu. Uzun saqqalı, dimdik qaşları vardı. Xalları
qızılı rәngә çalırdı, mavi qaşları vә saqqalı bәrq vururdu.
Bu İlanın uzunluğu otuz dirsәk, saqqalı isә iki dirsәkdәn artıq idi. Fironun elçisi
başa düşdü ki, onun qarşısında dayanan adanın hökmdarıdır.
İlan ağaclıqdan çıxıb, o tәrәfә, bu tәrәfә baxdı, fışıldadı, dәhşәtli fit sәsi çı -
xart dı vә çağırılmamış qonağa sarı yeridi. O, yeriyәn insan kimi hәrәkәt edirdi.
Ağır pәncәlәri otları basıb әzirdi. Qızılı gövdәsindә nәhәng hәlqәlәr oynaşırdı.
Dәniz sәyyahının qorxudan ödü ağzına gәldi. Ölü kimi üzü üstә yıxıldı. Qolları
gücdәn düşdü, ayaqları taqәtini itirdi. Gözlәri baxırdısa da, heç nә görmürdü.
Yalnız bircә sәs gәlirdi: şimşәk sәsinә bәnzәyәn bir sәs eşidirdi. İlan qәzәblә
soruşdu:
– Sәni bura kim gәtirib, adamcığaz? Böyük Yaşıl dәnizdә gizlәnәn bu adaya kim
gәtirib sәni?
Dәniz sәyyahının qorxudan dili tutulmuşdu. O, hәyatla ölümü bir-birindәn seçә
bilmirdi. İndi İlana nә cavab versin?
İlan qәzәblәndi, ağzını açıb dәniz sәyyahından yapışdı, amma öldürmәkdәn vaz 33
keçdi. Onu yerә qoyub, bir dә soruşdu:
– Kim sәni bura gәtirib, adamcığaz? Әgәr dalğalar arasında gizli qalan adaya ne -
cә düşdüyünü demәsәn, sәni mәhv edәcәyәm, sәni ot kimi yandıracağam, yalnız bir
yığın külün qalacaq, bu dünyada yoxa çıxacaqsan.
Dәniz sәyyahı başa düşdü ki, hәyatla ölüm arasındadır. Özünü toplayıb söylәdi:
– Mәni göndәrmişdilәr ki, fironun mәdәnlәrindәki işlәri yoxlayım. Limana gәlib,
yüz iyirmi avarçәkәni olan gәmiyә mindim. Dәnizçilәrin hamısı qoçaq idi. Gәmi dә
çox böyük vә möhkәmdi, uzunluğu yüz iyirmi, eni isә qırx dirsәkdi. Amma elә
dәhşәtli fırtına qopdu ki, hәlә belәsini görmәmişdim. Dalğalar şahә qalxıb gәminin