Page 34 - Miisir
P. 34
divarına çırpıldı. Dor ağacları aşdı, gәminin yan tәrәfinin örtüsü dağıldı. Dalğaların
hündürlüyü sәkkiz dirsәyә çatanda gәmi tamam dağılıb suya qәrq oldu. Tәlatümlü
dәnizdә hamı öldü, bircә mәn xilas oldum. Bir tirdәn yapışdım vә nәhәng dalğa mәni
götürüb bu sahilә atdı.
İlan dәniz sәyyahını dinlәyib başını yellәdi, sonra dedi:
– Adamcığaz, mәndәn çәkinmә, ürәyindәn qorxunu çıxarıb at. Qәzaya düşmüş
adamsan, xilas olmağın da bir möcüzәdir. İndi ki, tale sәni bu adaya gәtirib, bura -
da heç bir bәla görmәdәn, heç bir qayğı çәkmәdәn dörd ay yaşaya bilәrsәn. Dör -
düncü ayın sonunda isә bir gәmi üzüb gәlәcәk. Gәmidә sәnin yaxşı tanıdığın
dәnizçilәr olacaq. Onlarla Misirә yollanacaqsan vә orada fironun mәrhәmәtinә
sığınıb firavan yaşayacaqsan. Allah ona cansağlığı, güc vә qüvvәt versin! İndiki
müsibәtin heç yadına da düşmәyәcәk. Amma mәnim başıma elә müsibәt gәlib ki, heç
vaxt unuda bilmirәm.
İlan dәrindәn elә ah çәkdi ki, ağacların yarpaqları yerә sәpәlәndi, ikinci dәfә ah
çәkәndә isә çiçәklәrin lәçәklәri havada uçuşdu. O, sözünә davam etdi:
– Mәn burada tәk yox, mehriban ailәmlә yaşayırdım. Biz yetmiş beş ilan idik vә
bir kiçik qızım da vardı. Elә mehriban vә xoşxasiyyәt idi ki, onu hamıdan çox
istәyirdim. Bir gün açıq dәnizә çıxmışdım, göydәn bir ulduz qopub, gurultu ilә düz
adaya düşdü. Ağaclar alışdı, kollar alova büründü. Bütün ada nәhәng tonqala
çevrildi, gizlәnmәyә dә yer olmadı. Alovun içindәn heç kim sağ çıxa bilmәdi. Mәnim
o şux qızım da hamı ilә bir yerdә yanıb külә döndü.
İlanın gözlәrindәn süzülәn iki damla yaş torpağa düşüb, iki qızıl külçәyә çevrildi.
34 – Adaya qayıdıb heç kimi tapmayanda, az qaldı, ürәyim partlasın. Sәnin dәrdin
mәnimkinin yanında nәdir ki? Öz uşaqlarını ağuşuna alırsan, arvadını öpürsәn, evini
görürsәn, bundan yaxşı nә var bu dünyada. Pis günlәr dә yuxu kimi ötüb-keçir. Sәn
paytaxta çatacaqsan vә ömrünün sonuna kimi qardaşlarının yanında yaşayacaqsan.
Elә bunların xatirinә dözümlü olmağa vә müsibәtlәrә tab gәtirmәyә dәyәr.
Dәniz sәyyahı diz çökdü, ovucladığı torpağı öpüb dedi:
– Mәn sәnin mәrhәmәtindәn vә qüdrәtindәn әlahәzrәt firona danışacağam. Allah
ona cansağlığı, güc vә qüvvәt versin! O, dünyada tayı-bәrabәri olmayan әtri sәnә
çatdırmağı әmr edәcәk. Mәn sәnin әzәmәtini әsilzadәlәr qarşısında şöhrәtlәndirәcәyәm,
onlar sәninçün öküz kәsmәyә, quş ovlamağa göstәriş verәcәklәr. Misirin var-dövlәti
yüklәnәn gәmilәr sәnin adana üzәcәklәr.