Page 49 - Miisir
P. 49
Timsahı sarı rәngdә düzәltmişdi, amma indi canlı timsah kimi yaşıl rәngdәydi. Hәtta
kürәyindә qara lәkәlәr dә әmәlә gәlmişdi.
Sehrbaz yenә qulluqçunu sәslәdi:
– Ay uşaq, o qabdan mum fiquru götür, elә ki, gördün oğru peyda oldu, onu
nohurun uzaq yerinә atarsan.
Qulluqçu deyilәnә әmәl elәdi. Oğru köşkә xәlvәti girәndә fiquru nohura atdı. Su
bulanıb qaynamağa başladı, qovuqcuqlar çıxdı, dalğalar sanki canlı qayalar kimi şahә
qalxdı vә güclә sahilә çırpıldı. Әn böyük dalğa timsahın şanası üzәrinә qalxdı.
Mumdan düzәldilmiş timsah әsl timsaha çevrildi. Yeddi ovuc içi boyda timsah yeddi
dirsәk uzunluğunda oldu. Oğrunu görüb, dişli ağzını açaraq quyruğunu bәrkdәn suya
çırpdı.
Oğru sәsi kallaşmış halda qışqırdı:
– Qorxunc heyvan, rәdd ol!
Timsah oğrudan yapışaraq, suyun dibinә çәkib apardı.
Tezliklә Ubaone nohurun kәnarına gәldi. Ovsun oxuyub timsahı çağırdı:
– Timsah, geri qayıt! Oğrunu bura gәtir!..
Su yenә bulanıb qaynamağa başladı vә timsah üzәrәk suyun üzünә çıxdı. Ağzında
oğrunu tutmuşdu.
Ubaonenin oğruya yazığı gәldi vә timsaha әmr etdi ki, onu buraxsın. Sehrbaz
әyilib yenә nәsә pıçıldadı vә timsah yenә onun әlindә balaca mum timsaha döndü...
Qәdim zamanlarda, sәnin sәlәflәrinin hökmranlığı dövründә Ubaone, bax belә bir
mö cü zә göstәrmişdi.
Şahzadә Xefren öz hekayәtini bitirdi, atasına baş әyib taxtın sağ tәrәfindә da -
yan dı. 49
Xufu dedi:
– Doğrudan da, Ubaone müdrik adam imiş. Qoy onun xatirәsi üçün min çörәk, yüz
bardaq içki vә iki buxur qurbanlıq gәtirsinlәr.
Amma hökmdarın alnının qırışları açılmadı. Qızıl әjdaha yenә dә qәmgin halda
sәslәnmәkdәydi.
Ortancıl oğul Baufren bunu görüb sözә başladı:
– Әlahәzrәt, sәnin canın sağ, güclü vә qüdrәtli olsun, mәn sәnә atan Snefrunun
hakimiyyәti dövründә yaşamış müdrik Cadcamanxın yaratdığı möcüzәlәrdәn
danışacağam.