Page 52 - Miisir
P. 52
Gün altda sakit yarpaqlar
Ruhumuza bal qatır.
Naxış toxuyan budaqlar
Sәrinlik, kölgә yayır.
Bax Cadcamanx belә möcüzә yaratdı. Ona qәdәr belә şey olmamışdı, – deyә
şahzadә Baufren hekayәsini bitirdi vә atasına tәzim edib taxtın sol tәrәfindә
dayandı.
Xufu dedi:
– Doğrudan, Cadcamanx müdrik adammış vә heç kim onun biliyinin sirrinә vaqif
ola bilmәzdi. Qoy onun xatirәsi üçün min çörәk, yüz bardaq içki, bir oküz vә iki
buxur qurbanlıq gәtirsinlәr.
Amma bundan sonra da qaşqabaqlar açılmadı. Taxt-tacdakı әjdaha qәmgin halda
yel lәnmәyә başladı.
Kiçik oğul şahzadә Dedefqor başa düşdü ki, indi onun növbәsidir. İrәli çıxıb de di:
– Әlahәzrәt, sәnin canın sağ, güclü vә qüdrәtli olsun, qәdim zamanlarda baş
vermiş hadisәlәrә qulaq asırıq. Burada nәyin düz, nәyin yalan olduğunu yoxlamaq
mümkün deyil. Bizim vaxtımızda yaşayan sehrbazı xatırlasaq, daha yaxşı olar.
– Sәn kimin haqqında danışırsan, şahzadә?
– Sehrbaz Cedi haqqında. Onun yaşı yüz onu ötüb, amma bir oturuma beş yüz
çörәyi, öküzün yarısını yeyir, yüz saxsı parç üzüm şirәsi içir. Cedi kәsilmiş başı
yerinә qoyur vә ölmüş adam dirilir. Bundan başqa, bu müdrik adam Totanın gizli
52 papiruslarının harda saxlandığını da bilir.
– Bu müdrik adam harda yaşayır? Yәqin ki, Misirin ucqar yerindә, Böyük Yaşıl
dәnizin o tayında, hә?
– O sehrbaz nә Misirin ucqar yerindә, nә dә Böyük Yaşıl dәnizin o tayındadır,
sәnin yüz qapılı paytaxtında, Nil çayının sahilindә yaşayır.
– Oğlum, mәn Cedini tәcili görmәk istәrdim. Sәn özün get, onu mәnim hüzuruma
gәtir.
Dedefqor qara ağacdan düzәldilmiş lacivәrdi naxışlı tәxti-rәvana әylәşdi. Qullar
qızılı dәstәklәrdәn yapışdılar vә tәxti-rәvan şәhәr boyu hәrәkәt elәdi. Sarayın
yanından ötdülәr, varlıların әncir vә akasiya ağaclarının yarpaqlarına bürünmüş