Page 59 - Miisir
P. 59

– Divarları qalın, qapıları möhkәm olmalıdır, pәncәrә isә heç lazım deyil. Binanın
           nә mәqsәdlә tikildiyini sәn bilmәmәlisәn.
               Usta çox arif adam idi. O saat hәr şeyi başa düşdü. İşi şәrәflә yerinә yetirdi:
           divarları heç qoçbaşı ilә dә dağıtmaq olmazdı, üzәrinә mis üzlük çәkilmiş qapıları
           baltayla da sındırmaq mümkün deyildi, oğrular heç cür içәri girә bilmәzdilәr.
               Rampsenit onun işindәn razı qaldı vә әmr etdi ki, var-dövlәtinin çox hissәsini
           tәzә binaya daşısınlar. Ustaya da elә bu lazım idi. O özü bu xәzinәdәn istifadә
           etmәdi, ölәndә isә iki oğlunu yanına çağırıb dedi:
               – Sizә nә bağlı-bağçalı malikanә, nә dә otlaqda bir sürü qoyub gedirәm, bircә
           fi ronun xәzinәsindәn başqa. Siz ondan şәxsi sandığınız kimi istifadә edә bilәrsiniz.
               – Sәn nә danışırsan, ata?
               – Mәnim balalarım, diqqәtlә qulaq asın. Sizә deyәcәyim sirri qorxumdan ömrüm
           boyu hamıdan gizli saxlamışam. Sözlәrimi bәrk-bәrk yadınızda saxlayın. Mәn
           ölәndәn sonra necә lazım bilsәniz, elә dә hәrәkәt edәrsiniz. Hökmdar üçün tikdiyim
           binanın çöl divarının bir daşı başqa daşlara bәrkidilmәyib. Onu oradan çıxarmaq
           çәtin deyil. Yadınızda qalsın: aşağıdan üçüncü sırada, şimal tәrәfdәki küncdәn
           beşinci daşdır.
               Usta bunları deyib dәrindәn köks ötürdü vә gözlәrini yumaraq dünyasını dәyişdi.
               Ustanın dәfnindәn bir müddәt keçәndәn sonra onun oğulları qәrara gәldilәr ki,
           işә başlamağın vaxtıdır. Gecәnin qaranlığında evdәn çıxıb, gizlicә xәzinәyә yaxınlaş -
           dı lar. Çәtinlik çәkmәdәn atalarının dediyi daşı tapdılar, içәri girib, apara bildiklәri
           qәdәr qızıl yığdılar. Amma gedәrkәn daşı yerinә qoymağı unutdular. Keşikçilәrsә
           dayanıb yalnız möhürlәnmiş qapını qoruyurdular vә heç birinin içәridә nә baş                               59
           verdiyindәn xәbәri olmadı.
               Sәhәrisi gün Rampsenit xәzinәyә baş çәkmәyә gәlәndә gördü ki, qızıllar azalıb.
           Acıqlanıb keşikçilәrin üstünә qışqırmağa başladı:
               – Avaralar, oğrular! Qızıllar hara yoxa çıxıb?
               Keşikçilәr ora-bura qaçdılar, vurnuxdular, qapıların yerinә divarları itәlәmәyә
           başladılar. Nәhayәt, hәr yanı gözdәn keçirib mәlumat verdilәr:
               – Qapılar sındırılmayıb, qıfıllar qoparılmayıb, möhürbәnd dә yerindәdir.
               – Bәs soyğunçular içәri necә giriblәr?
               – Bilmirik, görmәmişik.
   54   55   56   57   58   59   60   61   62   63   64