Page 56 - dailan
P. 56
iya Elena Valş
– Yox, ay camaat, yox, yox, biz bu evliliyә
qәtiyyәn icazә vermirik.
Bütün bu qalmaqala görә ürәyim tamam sıxıldı vә
oradan uzaqlaşıb çәrpәlәngimlә mәşğul oldum.
Dailan Kifki hәlә dә göy üzündә süzürdü vә qәti
yorulmaq fikri yox idi. Lakin mәn diqqәtlә baxanda
gördüm ki, qanadları artıq yaxşı vәziyyәtdә deyil:
düyünlәri açılmış, saçaqları sökülmüş, tülü korlanmış,
kokardası qopmuşdu. Fikirlәşdim ki, bu vәziyyәtdә çox
uça bilmәyәcәk.
Qardaşım Roberto başını yellәyәrәk uçan filә baxır
vә tәkrar edirdi:
– Batdıq.
Xalam Klodomira onu çәtiri ilә hәdәlәyirdi.
Atam ona müxtәlif işarәlәr edir, sanki yerә necә
enmәyi başa salırdı.
Vә bu an böyük bir kollektiv bәdbәxtlik baş verdi.
16
Bәli, böyük bir bәdbәxtlik.
Aramızdan bir neçә nәfәr, o cümlәdәn Babam otun
üstündә oturub bir az dincәlmәk istәdi vә... әllәri
yuxarı qalxmış vәziyyәtdә oturmalı oldular.
Fasilәsiz çәrpәlәng uçurmaqdan hamısının әllәri
qurumuşdu, aşağı sala bilmirdilәr.
Mәn çalışdım ki, Babamın әlini yanına salam, amma
onun әli sanki daşa dönmüşdü.
– Biabırçılığa bax da! – Babam dedi. – Baxan deyәr
ki, durmadan әlimi göyә qaldırıb, hamıdan qabağa
keçmәyә icazә istәyirәm.
Xoşbәxtlikdәn, bu vaxt sirena, siqnal vә güclü tor-
moz sәsi gәldi.
56