Page 53 - dailan
P. 53
Dailan Kifki
Hamımız güllә kimi yerimizdәn qopduq,
tәlәsdiyimizdәn iplәr bir-birinә dolaşdı. Bәzilәrimiz
yaxşıca dombalaq aşdıq.
Vә birdәn onları gördüm.
Orada... lap hündürdә, uzaqda, buludların
arasında... Dailan Kifki ilә Yanğınsöndürәn orada
uçurdular.
15
Dailan Kifkini görәn kimi elә hay-küy saldıq,
İtuzainqo poçt idarәsinin rәisi әsәbi halda qaça-qaça
gәlib şikayәtlәndi ki, bütün poçt markaları uçub-
gedib.
Tamaşaçı izdihamı artmaqda idi. Bәzilәri qışqırır,
digәrlәri mәrc gәlirdi.
– Üç dәnә şokoladdan mәrc edirәm ki, tuta
bilmәyәcәklәr, – biri deyirdi.
– Üç dәnә karameldәn mәrc edirәm ki, tutacaqlar,
– o biri deyirdi.
– Dailan Kifki, bir az da yuxarı qalx, qoyma sәni
tutsunlar, – biri qışqırırdı.
– Çәrpәlәnglәri bәrk tutun, qoymayın uçub-getsin,
– başqa birisi qışqırırdı.
Babam da әlindә çubuq nә qәdәr nizam-intizam
yaratmağa çalışsa da, camaatı sakitlәşdirә bilmirdi.
Mәn qorxurdum ki, hay-küy Dailan Kifkini
sәksәndirәr.
Çәrpәlәng uçurmaqdan artıq qollarımız ağrıyırdı, fil
isә gonbul kәpәnәk kimi göydә dövrә vurur, bizimlә
mәzәlәnir vә daim çәrpәlәnglәrdәn birbaş yuxarıda
süzürdü.
– Dailan Kifki! – onu çağırdım. – Niyә bir az
aşağıdan uçmursan, әzizim?
53