Page 50 - dailan
P. 50
14
Çox keçmәmiş bir neçә pinti vә sәliqәsiz oğlan
özlәri ilә çoxlu qәşәng çәrpәlәnglәr gәtirdi.
Hamımız çәrpәlәnglәrin gözәlliyini görәndә “ooooo!”
deyib alqışladıq. Bircә Babam etiraz elәdi:
– Çox gözәl, sizinki dәrs oxumaq yerinә, çәrpәlәng
uçurmaq olsun...
İttifaqın Sәdri hamımızı sıraya düzdü, qonşu
tәpәyә çәrpәlәnglәri uçurmağa yollandıq.
Bu vaxt bütün İtuzainqoda xәbәr yayılmışdı ki,
göydә uçan bir fili tutmaq üçün bir dәstә mühüm adam
gәlib. Belә ki, bir az sonra hәr tәrәfdәn çoxlu insan
axışıb gәlmәyә başladı. Mәktәblәrdә dәrsә ara veril-
di, müәllimlәr vә direktorlar öz tәlәbәlәri ilә gәldilәr.

50
   45   46   47   48   49   50   51   52   53   54   55