Page 49 - dailan
P. 49
Dailan Kifki

– Mәnasız bir filә görә bu qәdәr hay-küy
salıbsınız.

– Bu, çox ciddi mәsәlәdir, – az qala, dodağımı
büzüb dedim.

– Mәnә nә var! – cavab verdi.
Bu sözә görә qardaşım Roberto ona yaxşı bir şillә
ilişdirmәk istәdi, lakin vura bilmәdi, sadәcә ona görә
ki, hәr iki әlindә medialuna vardı.
Onun әdәbsizliyinә görә hirslәnәn yanğınsöndürәn-
lәrin Kapitanı amiranә bir şәkildә dedi:
– Ya sәn bizimlә әmәkdaşlıq edirsәn, ya da hәbs
olunacaqsan.
– Bәli, bәli, – sәfirlәr bir ağızdan dedilәr.
Oğlan qorxub dillәndi:
– Yaxşı, nә etmәliyәm?
– Әvvәlcә, bizә de görәk, uçurduğunuz son
çәrpәlәnglәrin hansınasa fil, yaxud yanğınsöndürәn
dolaşmayıb ki?
– Başınıza hava gәlib sizin? – oğlan soruşdu. –
Harada görübsünüz ki, fil uçsun?
– Heç yerdә, – cavab verdim. – Lakin iş ondadır
ki, Dailan Kifki başqa fillәrә bәnzәmir vә biz yol verә
bilmәrik ki, o, yulaf şorbası yemәdәn göyün üzündә
uça-uça qalsın.
Bunu dedim vә elә oradaca başımı xalam
Klodomiranın çiyninә qoyub ağlamağa başladım. O da
çәtirini açdı.
Kapitan yenidәn amiranә tәrzdә dillәndi:
– Tәcili olaraq göyә çәrpәlәng qaldırmalıyıq ki,
astronavtlarımız Vәtәnimizin sәmalarında xilas edilsin.
– Yaxşı, olsun, – oğlan razılaşdı vә İttifaqdakı
yoldaşlarını çağırmaq üçün barmaqlarını ağzına qoyub
fit verә-verә tәlәsik getdi.
Hamımız otun üstündә oturub sәbirlә onun
qayıtmağını gözlәdik.

49
   44   45   46   47   48   49   50   51   52   53   54