Page 44 - dailan
P. 44
11
Әlbәttә ki, qatarda da yatıb qaldıq vә mәn qәfil
oyananda gördüm ki, sonuncu stansiya olan Morenoya
gәlib çıxmışıq.
Yatanları silkәlәyib, qulaqlarına qışqıraraq, çox
çәtinliklә yuxudan oyatdım, güc-bәla ilә qatardan
düşürdüm vә geriyә, İtuzainqoya gedәn qatara minmәk
üçün stansiyada bir yerә topladım.
Morenodan İtuzainqoya gedәrkәn mәn yolboyu
әlimlә gözlәrimi açıq saxlamağa çalışırdım, çünki heç
olmasa, birimizin oyaq qalması vacib idi. Әks tәqdirdә,
On Bir Meydanı ilә Moreno arasında gedib-gәlәcәkdik.
İtuzainqo stansiyasında düşәndә Kapitan bizi sıraya
düzüb saydı, sonra şlanqını kranda su ilә doldurub,
hamımızı yaxşıca suladı ki, yuxudan tam oyanaq.
Vaxt itirmәdәn birbaşa Çәrpәlәng Uçuranlar
İttifaqına getmәk istәyirdik ki, birdәn anam qışqırdı:
– Bir dәqiqә, cәnablar!

44
   39   40   41   42   43   44   45   46   47   48   49