Page 43 - dailan
P. 43
Dailan Kifki
– Diqqәt! – Komissar qışqırdı. Çәrpәlәng Uçuranlar
İttifaqına getmәk üçün İtuzainqoya yola düşmәyin
vaxtıdır.
– Hamımız gedәk, – anam dedi.
– Yox, ana, sayımız hәddәn artıq çoxdur, – mәn
etiraz elәdim.
– Olmaz, ya hamımız gedirik, ya heç birimiz, –
anam cavab verdi.
– Hә, hә, gedәk, – atam dedi.
Qardaşım Roberto isә әlavә elәdi:
– Batdıq.
Dәstәyә qoşulmaqda әn çox tәkid edәn Komissarın
qolundan bәrk-bәrk yapışmış xalam Klodomira oldu.
Әlqәrәz, gördüm ki, bunları fikrindәn daşındırmaq
mümkün olmayacaq, çünki hamısı çox tәrsdir.
Anam dünәnki sendviçlәrdәn qalan çörәk qırıntılarını
hörmә sәbәtә yığdı vә şlyapasını başına qoydu.
Atam rezin çәkmәlәrini vә ponçosunu13 geyindi.
Qardaşım Roberto şerif nişanını taxdı.
Sonra hamımız On Bir Meydanına14 gedәn avtobusa
minmәk üçün evdәn çıxdıq.
Bәrk yuxumuz gәlirdi vә rәqs etmәkdәn o qәdәr
yorulmuşduq ki, sәrxoş adamlara bәnzәyirdik.
Avtobusda hamını yuxu apardı. Bәlәdiyyә Rәisi
bәrkdәn xoruldayırdı. Xalam Klodomiranın şlyapası isә
xeyli yana әyilmişdi.
Sürücü bizi oyatmaq üçün bәrkdәn “On Bir
Meydanı” deyә qışqırmalı oldu.
Aeronavtika Katibi anamın qucağında yuxuya
getmişdi.
Hamımız utana-utana avtobusdan düşdük vә qaça-
qaça İtuzainqo qatarına minmәyә getdik.
13 Ponço – Mərkəzi və Cənubi Amerikada hinduların geydiyi plaş
14 On Bir Meydanı – ispanca “Plaza Once”, Buenos-Ayres şəhərinin
mərkəzi meydanlarından biri (tərc.)
43