Page 39 - dailan
P. 39
Dailan Kifki
O qәdәr mәyus oldum ki, daha baxmaq istәmәdim.
Rәsәdxananın yaşlı Direktoru müxtәlif teleskoplar-
dan bir daha diqqәtlә müşahidә apardı vә axırda dedi:
– Astronavt fildәn әsәr-әlamәt yoxdur, sizә son
ümid yeri olaraq bir şeyi tövsiyә edәrdim.
– Nәyi, cәnab Direktor? – ondan soruşdum.
Direktor da müdrik bir şәkildә cavab verdi:
– Ola bilsin ki, Dailan Kifkinin qanadları gec-tez
hansısa bir çәrpәlәngin quyruğuna ilişsin...
– Bәs elә olan halda nә edә bilәrik, cәnab Direk-
tor? – hamımız bir ağızdan soruşduq.
Direktor yenә dә müdrik tәrzdә cavab verdi:
– Tәklif edirәm ki, birlikdә Argentina Respublikası
Çәrpәlәng Uçuranlar İttifaqına gedәk.
Direktorun dәrin zәkası qarşısında hamımızın ağzı
açıq qaldı vә vaxt itirmәdәn paytaxta qayıdan qatara
minmәk üçün dәmiryol stansiyasına getdik.
Birbaşa İttifaqın yerlәşdiyi İtuzainqo12 şәhәrinә
getmәk istәyirdik, lakin gec idi.
Kapitan dedi ki, gәrәk sabahı gözlәyәk, çünki gecә
vaxtı heç kәs çәrpәlәng uçurmaz.
Fikirlәşirdim: “Mәnim işimә bu qәdәr diqqәtlә
yanaşmış bu vacib adamlara necә tәşәkkür edim?
Onların bütün gecә çöldә qalmasına razı ola bilmәrәm”.
Admiral tәklif edirdi ki, onun gәmisindә gәzintiyә
çıxaq.
Aeronavtika Katibi tәkid edirdi ki, onun
tәyyarәsindә gәzintiyә çıxaq.
Kapitan istәyirdi ki, Konstitusiya Meydanında
özümüzә düşәrgә salaq, ocaq qalayaq vә gecәni açıq
sәma altında keçirәk.
Mәn isә qәrar verdim ki, hamını evimә dәvәt edim.
Hәmin an әlimdәn yalnız bu gәlirdi.
12 İtuzainqo – Argentinanın Buenos-Ayres əyalətində şəhər
39