Page 34 - dailan
P. 34
iya Elena Valş

8
Orada bizi bәstәboy Aeronavtika Katibi qarşıladı.
Әhvalatı ona әvvәldәn axıra qәdәr danışdım, Dailan
Kifkinin Yanğınsöndürәnlә bәrabәr uçub-getdiyini
dedim.
Katib әhvalatı tәәccüblә dinlәdi vә belә bir
qәhrәmanlığın ölkәmizdә ilk olduğunu dedi. Belә ağıllı
filim olduğu üçün mәni tәbrik elәdi. Sonra belә
cәsarәtli yanğınsöndürәni olduğu üçün Kapitanı tәbrik
elәdi. Axırda da belә yaşıl tutuquşusu olduğu üçün
Komissarı tәbrik elәmәli oldu, çünki Komissar tәbrik
edilmәdiyi üçün artıq qaşqabağını sallayırdı.
Katib dedi ki, sәmada uçan sәyyahlar Vәtәnimizin
fәxridirlәr vә Rәisә tövsiyә etdi ki, Buenos-Ayresin
hәr hansı bir küçәsinә, meydanına, ya da prospektinә
Dailan Kifkinin adını versin.
– Yaxşı, – Katib dedi, – sәyyahları sәmada axtar-
maq üçün sizә bir vertolyot verә bilәrәm. Lakin ola
bilәr ki, onlar artıq ölkәnin sәrhәdlәrindәn kәnara
çıxıblar vә bәlkә dә, Çili, yaxud digәr bir qardaş
ölkәnin sәmasında uçurlar. Ona görә dә, yaxşı olar ki,
biz hәmsәrhәd ölkәlәrin sәfirliklәrinә dә mәlumat
verәk.
Uzun sözün qısası, beş dәqiqә sonra hamımız bir
yerdә avtobusla Çili, Uruqvay, Paraqvay, Boliviya,
Braziliya sәfirliklәrinә, bir dә, hәr ehtimala qarşı,
Peru sәfirliyinә yollandıq.
Sәfirlәr mәsәlәyә çox diqqәtlә yanaşdılar vә
dedilәr ki, әgәr Dailan Kifki vә onun pilotu onların
ölkәlәrinin üzәrindәn uçarsa, o zaman onlar layiqli
şәkildә, gömrük rüsumu alınmadan Argentinaya
qaytarılacaq.
– Bir dәqiqә! – sәfirlәrdәn biri dedi. – Çox vacib
bir mәqamı unutmuşuq.

34
   29   30   31   32   33   34   35   36   37   38   39