Page 29 - dailan
P. 29
Dailan Kifki

Tәsәvvür edirsiniz, uçan filin üstündә oturub
sәmada süzmәk necә gözәl olardı?!

– Niyә sәn dә yuxarı qalxmadın? – anam soruşdu.
– Ağlıma gәlmәdi, – cavab verdim, – vә buna görә
tәәssüflәnirәm, görün necә bir gәzintini әldәn verdim.
Bu gedişlә gedib Aya da çıxarlar.
Anam cib dәsmalı ilә Yanğınsöndürәnә işarә elәdi
ki, yerә ensinlәr, amma o başa düşmәdi, elә bildi ki,
ona sadәcә әl edirik vә yalnız qızılı rәngli dәbilqәsini
yellәyәrәk qarşılıq verdi.
Dәbilqәsini yellәyib o qәdәr tәzim elәdi ki, az qala,
filin üstündәn yıxılacaqdı. Dailan Kifki onu xortumunun
cәld hәrәkәti ilә dikәltmәli oldu.
Getdikcә daha da hündürә qalxdılar vә sonda
gözdәn itdilәr. Gecә isә artıq düşmüşdü.
Qardaşım Roberto yenә dedi:
– Batdıq.
Bu dәfә onun haqlı olduğunu etiraf etmәli oldum.

7
Hәmin gecә ailә toplantısı keçirdik. Mebelimiz
olmadığı üçün hamımız yerә döşәnmişdik.
Anam dedi:
– Dailan Kifkinin qaçışı barәdә polisә xәbәr vermәk
lazımdır.
Atam dedi:
– Yox, bu işlә Bәlәdiyyә mәşğul olmalıdır.
Xalam Klodomira bildirdi:
– Namәlum uçan obyektlәrlә mәşğul olan tәhqiqat
mәrkәzlәrinә xәbәr vermәk lazımdır.
Qardaşım Roberto isә dedi:
– Batdıq.
– Yazıq Dailan Kifki, ac-acına göydә qalıb, yulaf
şorbası yeyә bilmir, – kefsiz halda dillәndim.

29
   24   25   26   27   28   29   30   31   32   33   34