Page 26 - dailan
P. 26
iya Elena Valş

Xoşbәxtlikdәn, bu an bir dәstә boyskaut gәlib
çıxdı vә Yanğınsöndürәni ruhlandıran bir marş çaldı.

O, ağacın başına çatırdı ki, qanadların ağırlığından
vә burnuna qonmuş kәpәnәyin ucbatından, az qala,
yıxılacaqdı, lakin Dailan Kifki xortumu ilә onu tutub
qaldırdı vә ağacın başında, yanında oturtdu.

Yanğınsöndürәn ayağa durdu, әli ilә sinәsinә vurub
Tarzan kimi qışqırdı vә qızılı rәngli, lәlәkli dәbilqәsini
çıxarıb tәzim edәrәk bizi salamladı.

İşin çәtin hissәsi geridә qalmışdı.

6
Anam onu ağacın çәtirindә görüb mәnә dedi:
– Bu Yanğınsöndürәn necә dә cәsurdur, sәn gәrәk
onunla ailә qurasan, qızım.
Anamın bu sözlәri mәni xeyli utandırdı.
Yanğınsöndürәnin yuxarıda etdiklәrini yaxşı görmәk
üçün binoklumu gәtirmәyә getdim. Qayıdanda baxıb
gördüm ki, o, Dailan Kifkinin başına çıxıb qanadları
geyindirir.
Deyәsәn, Dailan Kifkinin qıdığı gәlirdi, çünki onu
gülmәk tutmuşdu. O qәdәr silkәlәnirdi ki, qorxdum
Yanğınsöndürәni yerә yıxar.
Bunu görәn ailә üzvlәrim, tәhlükәsizlik tәdbiri
olaraq, evdә nә qәdәr döşәk, yastıq vә balış varsa,
hamısını bağçaya çıxarıb, ağacın әtrafına sәrdilәr ki,
kimsә yerә yıxılsa, zәrbәnin tәsiri azalsın.
– Gәrәk çәtirimi ona verәydim, – xalam Klodomira
dillәndi.
– Niyә, ay xala, yağış yağmır axı, – dedim.
– Yıxılsa, çәtirdәn paraşüt kimi istifadә edә
bilәrdi.
Demәliyәm ki, qanadlar Dailan Kifkiyә çox yaraşdı.
Günәşin son şәfәqlәri altında qanadların saçaqları,
lentlәri vә qalan bәr-bәzәyi çox gözәl parıldayırdı.

26
   21   22   23   24   25   26   27   28   29   30   31