Page 23 - dailan
P. 23
Dailan Kifki

davam edәrdi. Lakin evimizә mebel düzәltmәk üçün
taxta lazım idi, buna görә dә ağacı tәcili kәsmәliydik.
Bir dәqiqә dә vaxt itirmәk olmazdı.

Mәn qәrar verdim ki, Yanğınsöndürәni çağıraq.
Fili ağacdan endirmәk üçün kim ondan yaxşı yol
tapa bilәrdi ki? Heç kim.
Ona zәng elәdim vә dәstәyi yerә qoymamış
Yanğınsöndürәn әynindә qırmızı gödәkcәsi, başında
qızılı rәngdә lәlәkli dәbilqәsi, әlindә üstü xal-xal su
şlanqı vә ay kimi parıltılı baltası ilә özünü yetirdi.
– Necә edәk, cәnab Yanğınsöndürәn? – bikef halda
soruşdum. O da mәnә ciddi şәkildә cavab verdi:
– Fili aşağı endirmәk üçün sadә bir üsul var vә biz
bunu mәrhәlә-mәrhәlә edәcәyik.
– Çox yaxşı, cәnab Yanğınsöndürәn, deyin görüm,
nә üsuldur o elә?
Yanğınsöndürәn qulağıma yavaşca pıçıldadı.
O, planını mәnә әtraflı danışanda Yanğınsöndürәnin
ağlına lap heyran oldum.
Üstündә balaca bayraqlar olan tül şlyapamı başıma
qoyub küçәyә çıxdım. Küçә hәlә dә karamel yeyәn,
şirniquş soran adamlarla dolu idi.
Dükana yollandım. Oradan 780 düjün qalın sap
yumağı, yorğan iynәlәri, rәngli ipәk kağız, yapışqan,
678 kilometr uzunluqda rәngbәrәng tül, şlyapa
lәlәklәri, çubuqlar, sellofan kağız, ipәk lentlәr vә daha
kilo yarım xatırlamadığım başqa nәsә aldım.
Aldıqlarımı evә gәtirdim vә bağçada
Yanğınsöndürәnlә bәrabәr işә girişdik. Hamı bizә
tәәccüblә baxır, qardaşım Roberto isә tutuquşu kimi
tәkrar edirdi:
– Batdıq, batdıq e-e, batdıq.
Yanğınsöndürәnlә bir yerdә nә tәhәr işlәdik!

23
   18   19   20   21   22   23   24   25   26   27   28