Page 19 - dailan
P. 19
Dailan Kifki
digәrlәri dә sadәcә mәnim kimi vәziyyәtdәn bixәbәr
olduqları üçün. Hamı bizim ev tәrәfә, yuxarı
boylandığına görә mәn dә yuxarı baxdım vә sizcә, nә
gördüm? Dailan Kifki yarpaqları buludlara çatan çox
hündür bir ağacın çәtirindә uzanıb yatır.
– Ola bilmәz, mәn yuxu görürәm, – öz-özümә
dedim. Dailan Kifki o hündürlüyә necә dırmana bilib?
– Sizcә, bu, biabırçılıq deyil, xanım qız? – bir
qonşum mәnә dedi. Harada görünüb ki, fil ağacın
başında uzansın? Birdәn yıxıldı? Birdәn kimisә әzdi?
Gәrәk hökumәt fillәrin ağaca dırmaşmasına icazә
vermәsin!
– Haqlısınız, xanım, – cavab verdim. Lakin ona bu
filin mәnim olduğunu vә adının da Dailan Kifki olduğunu
demәdim.
Yenә camaatın arasından yol istәyә-istәyә
birtәhәr evimizә girә bildim. Ev dә izdihamla dolu idi,
polislәr, yanğınsöndürәnlәr, kinooperatorlar, itlәr,
pişiklәr, dondurmasatanlar, şar satanlar, hәtta
hamının sakitlәşmәsi üçün dua edәn rahibә dә bizdә
idi.
Anam ağlaya-ağlaya mәni qucaqlayıb dedi:
– Görürsәn başımıza gәlәni?! Sәnә demişdim axı ki,
bu fili zooparka apar!
– Ana, de görüm axı, Dailan Kifki bu qәdәr hündür
ağacı haradan tapıb gәtirib?
– Bu hündür ağac sәnin toxumundan bitib! – anam
hıçqıra-hıçqıra dedi.
– Mәnim toxumum? Yәni bu qәdәr böyüdü? – hәyә-
canla soruşdum.
Sonra anam mәnә әhvalatı başdan axıra qәdәr
danışdı.
Mәn toxumu basdıranda Dailan Kifkiyә tapşırmış-
dım ki, ona nәzarәt elәsin.
19