Page 18 - dailan
P. 18
iya Elena Valş

Dülgәr toxumu yerdәn çıxarıb yoxladı vә dedi:
– Heh, әlbәttә, bitmәyәcәkdi...
– Necә yәni, düz basdırmamışıq ki?
– Tәrsinә basdırmısınız! Görmürsünüz ki, tәpәsi
üstә bitir?
Baxıb gördük ki, doğrudan da, toxumu tәrsinә
әkmişik, uzun yaşıl budaq әmәlә gәlib vә yerin
dәrinliyinә işlәyib.
Dülgәr toxumu çıxarıb düzgün basdırdı, Dailan Kifki
yenә ayaqları ilә torpağı düzәltdi, mәn dә ona
tapşırdım ki, bir müddәt toxuma nәzarәt elәsin.
Sonra gedib anama izah elәdim ki, mebel taxtası
әldә elәmәk göründüyü qәdәr asan iş deyil.
Anam hәlә dә göydә oturmuşdu.
Yazıq anam.

4
Axşam işdәn qayıdanda evimizin әtrafında bir izdi-
ham gördüm. “Nә baş vermiş ola bilәr?” deyә tәlaşla
fikirlәşdim.
Polislәrin fit sәsi, tәcili yardım maşınlarının
sirenası, pıçıltı, qışqırtı, bağırtı sәslәri, huşunu itirәn
insanlar – hamısı bir-birinә qarışmışdı.
Camaatı itәlәyә-itәlәyә özümә yol açdım.
Adamlar yuxarı baxa-baxa nә isә danışır vә
qışqırışırdı. Polislәr asayiş yaratmağa çalışırdı.
Hәr kәs orada idi – fotoqraflar, jurnalistlәr, tele-
viziya müxbirlәri, iki quyruqlu it, pirojna yeyәn
yanğınsöndürәnlәr vә qarışıqlıqdan istifadә edib
dәrsdәn qaçmış uşaqlar.
– Nә olub burada? – hәyәcanla soruşdum.
Lakin mәnә heç kim cavab vermәdi. Bәzilәri
әrindiklәri üçün, bәzilәri dondurma yediklәri üçün,

18
   13   14   15   16   17   18   19   20   21   22   23