Page 22 - dailan
P. 22
iya Elena Valş

– Hә, bax, bu, ağlıma gәlmәmişdi, – xalam
Klodomira cavab verdi vә dәrhal da bu mәsәlәni unu-
dub, anama göbәlәklә ispanaq şirәsindәn bişirilәn
biskvitin reseptindәn danışmağa başladı.

Sonra bu hay-küydәn hirslәnәn qardaşım Roberto
durub-durub qayıtdı ki:

– Bu fili sapandla vurub yerә salardım!
Az qala, qardaşımı vuracaqdım, amma qorxub
özümü saxladım ki, birdәn şillәnin sәsi Dailan Kifkini
yuxudan oyadar.
Başımı qaldırıb yuxarı baxanda gördüm ki, Dailan
Kifki yavaş-yavaş ayılır. O, yuxudan mәlәk kimi
sakitcә oyandı. Hamı ağzıaçıq ona baxırdı, fotoqraflar
şәklini çәkir, operatorlar lentә alırdılar.
Oyanandan sonra, deyәsәn, çox tәәccüblәndi,
çünki aşağı baxanda gözlәri bәrәlmişdi.
Xoşbәxtlikdәn, yıxılmadı, çünki o, ağıllı fildir,
anladı ki, nә qәdәr qәribә olsa da, ağacın başında
yatıb qalıb.
Onu oyaq görәn kimi fürsәt tapıb danladım:
– Әla, Dailan Kifki, әla, afәrin sәnә! – ona tәrәf
qışqırdım. – Özünü quş hesab edirsәn sәn?
Sizcә, mәnә utanmaz-utanmaz nә cavab versә
yaxşıdır?
Qalın sәsi ilә mәni әlә salaraq dedi:
– Pi-piripiiiii!
Bu cavabı, hәqiqәtәn, gözlәmirdim.

5
Danışdığım kimi, hamımız saatlarla orada dayanıb
yuxarı baxdıq vә heç birimiz Dailan Kifkini aşağı
düşürmәyin ağlabatan yolunu tapa bilmәdik.
Әslindә, ağacın başında quş kimi oturmaq onun xoşuna
gәlirdi – bu, xalamı özündәn çıxarırdı. Biz ona bir
şәkildә yemәk çatdıra bilәrdik, o da ağacda qalmaqda

22
   17   18   19   20   21   22   23   24   25   26   27