Page 20 - dailan
P. 20
iya Elena Valş

Sәn demә, o yazıq da basdırdığımız toxumun
üstündә yuxuya gedib.

Tәbii ki, toxum sürәtlә böyümәyә başlayıb... İndi
tәsәvvür edin, yazıq toxum üstündә o boyda fil ola-
ola böyümәk üçün nә qәdәr әziyyәt çәkib... Amma
yenә dә böyüyüb, böyüyüb, böyüyüb... gövdәsi
yekәlib, budaqları әmәlә gәlib, sonra şaxәlәnib qol-
qanad atıb... vә әlbәttә ki, üzәrindә dәrin yuxuya
getmiş Dailan Kifkini dә özüylә qaldırıb.

Basdırdığımız toxum gözәl, nәhәng bir ağaca
çevrilmişdi vә öz çәtirinin üzәrindә yatmış fili belә
saxlaya bilirdi.

Mәn camaatı sakitlәşdirdim, çünki qorxdum ki,
sәs-küydәn fil oyanar, yerә yıxılar. Sonra da pәrişan
halda fikrә gedib fili aşağı düşürmәyin yolları haqda
fikirlәşmәyә başladım.

Anam hәlә dә şikayәtlәnirdi:
– Bu fil başa düşmür ki, biz evә mebel düzәltmәk
üçün bu ağacı kәsmәliyik?
Mәn anamdan xahiş elәdim ki, bir az sәbirli olsun.
İzah elәdim ki, ağacı kәsib Dailan Kifkini qәfil yerә
salmaq olmaz.
Onu tәhlükәsiz şәkildә aşağı düşürmәk üçün
beynimә bir neçә fikir gәldi.
Birincisi o idi ki, vertolyot çağıraq, yavaşca ona
yaxınlaşsın... amma dәrhal fikirlәşdim ki, pәrlәrin gu-
rultusu onu qorxudacaq.
Sonra fikirlәşdim ki, yanğınsöndürәnlәrin
nәrdivanından istifadә edәk... bәs yazıq o iri ayaqları
ilә nәrdivanın pillәlәrini necә düşәcәk?
Bu da mümkün deyil.
Bu vaxt qardaşım Roberto gәldi, yuxarı baxıb dedi:
– Batdıq.

20
   15   16   17   18   19   20   21   22   23   24   25