Page 24 - dailan
P. 24
iya Elena Valş
Saatlarla tikdik, yapışdırdıq, qopardıq, kәsdik,
caladıq, düyünlәdik, düzәltdik vә tәzәdәn sökdük.
Yanğınsöndürәn heç vaxt yekun işdәn tam razı
qalmırdı.
Yaxşı ki, anam da yerindәn tәrpәndi vә bizә mate
hazırladı.
Arabir başımı yuxarı qaldırıb Dailan Kifkiyә nәzәr
salırdım.
– Necәsәn, әzizim? – qışqırdım.
– Pi-piripiii, – cavab verdi.
Nәhayәt, gecә düşәnә yaxın işimizi tamamladıq.
Yanğınsöndürәnlә bәrabәr gördüyümüz işin nәdәn
ibarәt olduğunu sizә demәyin vaxtı gәlib çatdı.
Biz iki dәnә qanad düzәltdik.
Dailan Kifki bu gözәl qanadlarla uça-uça aşağı düşә
vә sağ-salamat bağçada yerә enә bilәrdi.
Yanğınsöndürәn necә dә ağıllıdır, elә deyilmi?
Bu fikir heç kimin ağlına gәlmәmişdi.
Qanadlar çox qәşәng idi. Tәsәvvür edin, müxtәlif
rәngli tüldәn lәlәkli, sellofan saçaqlı, metal tәrkibli
kağızla bәzәdilmiş ipәk lentli qanadlar. Hәtta
Yanğınsöndürәn son anda ona bәzәk dә әlavә elәdi.
Lakin işin әn çәtin hissәsi qarşıda idi: ağaca
dırmanmaq vә qanadları Dailan Kifkiyә geyindirmәk.
Bu vaxt Yanğınsöndürәn cәsarәtlә dedi:
– Qanadları filә geyindirmәk asan işdir, qorxmağa
dәymәz.
Yanğınsöndürәn ağaca dırmanmağı öz üzәrinә
götürәndә ailә üzvlәrim hamısı onu yola salmaq üçün
bağçaya toplaşdılar, sanki onu Çinә, yaxud raketlә
Marsa yola salırdılar.
Anam ağlaya-ağlaya onu qucaqladı vә bәrk-bәrk
öpdü.
24