Page 28 - dailan
P. 28
iya Elena Valş

Xoşbәxtlikdәn, bir az külәk qalxdı vә bu hәm uçuşu
asanlaşdırır, hәm dә qanadların tülünü dalğalandırır,
gözәl göstәrirdi.

Yanğınsöndürәn qanadların yaxşı bәrkidildiyinә әmin
olduqdan sonra qolunu yuxarı qaldırdı, lәlәkli
dәbilqәsini havada yellәdib bizi salamladı vә filin
başında öz yerini rahatlayıb onu mahmızladı. Dailan
Kifki qanadlarını açdı vә uçdu... vııızzz!

Hәrarәtli alqışlarımız altında Yanğınsöndürәn bizә
әl elәyir, Dailan Kifki dә camaatı güldürmәk üçün
göydә fırlanırdı.

Planımızın uğurlu alınmasına o qәdәr sevinmişdik ki,
әvvәl-әvvәl düzәltdiyimiz bu hava gәmisinin birbaşa
bağçada yerә enmәk әvәzinә, havada yoluna davam
elәdiyinin, getdikcә daha sürәtlә vә daha hündürdәn
uçduğunun fәrqinә varmamışdıq.

– Bunlar hara gedir axı? – bir az narahat halda
soruşdum.

– Sәn Yanğınsöndürәnә tapşırmışdın ki, birbaşa
yerә ensinlәr?

– Yox, – cavab verdim. – Yanğınsöndürәnin tәlimata
ehtiyacı yoxdur, o, öz işini çox yaxşı bilir.

– Birdәn qayıtmadı, onunla necә evlәnәcәksәn? –
anam dodaqlarını büzüb soruşdu.

– Onları sapandla vurub yerә salmaq lazımdır, –
göydә uçan Yanğınsöndürәnә paxıllıqla baxan qardaşım
Roberto yavaşca dedi.

Hamımız aşağıdan Dailan Kifkinin evimizin üstündә,
xeyli hündürlükdә havada fırlandığına matdım-matdım
baxırdıq.

Deyәsәn, aşağı düşmәk fikirlәri yox idi.
Etiraf edim ki, qardaşım Roberto kimi mәnim dә
Yanğınsöndürәnә bir az paxıllığım tuturdu.

28
   23   24   25   26   27   28   29   30   31   32   33