Page 31 - dailan
P. 31
Dailan Kifki

Әlbәttә ki, Yanğınsöndürәnin izinә-tozuna da rast
gәlmәdi. Sonra Kapitan qaşlarını çatıb mәnә baxdı vә
dedi:

– Şlyapanızı geyinin, sizi komissarlığa aparacağam,
çünki mәnim yanğınsöndürәnimi oğurlamısınız.

Biabırçılığı tәsәvvür edirsiniz?
Mәn oğruyam bәyәm? Mәnim hәbsxanada nә işim
var?
Etiraz elәmәk istәsәm dә, o, mәnә elә sәrt baxdı
ki, sәsimi çıxarmadan şlyapamı başıma qoydum, ailәmlә
sağollaşdım vә Kapitanla birlikdә bayıra çıxdım. O,
әlimdәn tutub mәni avtobus dayanacağına apardı.
Nәhayәt, komissarlığa gәlib çatdıq vә orada bizi
mavi geyimli mülayim bir Komissar qarşıladı.
Mәn qorxudan әsirdim.
Kapitan barmağı ilә mәni Komissara göstәrib bәyan
elәdi ki, onun Yanğınsöndürәnini oğurlamışam.
– Bu, hәqiqәt deyil, cәnab Komissar, – mәn etiraz
elәdim.
Bundan sonra üçümüz eyni vaxtda mübahisә
elәmәyә başladıq. Daha doğrusu, dördümüz, çünki bir
nәfәr dә var idi.
Tutuquşu. Komissarın tutuquşusu durmadan tәkrar
edirdi:
– Batdıqbatdıqbatdıqbatdıqbatdıq.
Bu sözü tutuquşudan da eşitmәk mәni dәli edirdi.
Bu müddәtdә Kapitan cibindәn dәsmal çıxarıb itkin
düşmüş Yanğınsöndürәninә görә dәli kimi ağlayırdı.
– Yaxşı, xanım, Yanğınsöndürәnimizi geri qaytarın,
hәr şeyi unudaq.
– Cәnab Komissar, axı Yanğınsöndürәn bizdә deyil.
Sizә dedim axı, o, gәzmәyә gedib.
– Yaxşı, onda hara getdiyini deyin, mәn dә dәrhal
üç nәfәr gözәtçimi göndәrim, gedib onu tapsınlar.

31
   26   27   28   29   30   31   32   33   34   35   36