Page 36 - dailan
P. 36
iya Elena Valş
Çili sәfiri kueka8 rәqsi edә-edә;
Peru sәfiri var gücü ilә uayno9 oxuya-oxuya
gedirdi.
Hamıdan axırda isә mәn gedirdim vә bir filin
küçәdә bu qәdәr sәs-küyә sәbәb ola bilәcәyini
fikirlәşib utanırdım.
Dәnizçilik Nazirliyinә gәlib çıxdıq vә orada bizi
başdan-ayağa ağappaq geyinmiş, sanki tәzәcә süd,
tәbaşir, nişastayla çimmiş yekәqarın Admiral
qarşıladı.
Ona hadisәni danışdıq, o da qәlyanını çәkә-çәkә vә
әtrafı tüstüyә verә-verә bizә diqqәtlә qulaq asdı.
Sonra Admiral bir neçә yerә zәng etdi, qulağını
qaşıdı vә nәhayәt, iş masasının üzәrindә ayaq üstdә
dayanıb aşağıdakı nitqi söylәdi:
“Cәnab Sәfirlәr vә burada olan digәr yoldaşlar,
nazirliyimiz, lazım gәlәrsә, sәyyahları xilas etmәk
üçün hәrbi dәniz qüvvәlәrinin bir neçә bölmәsini sizin
sәrәncamınıza verә bilәr. Lakin... hәmin sәyyahların
kosmik fәzada da harasa enә bilәcәyini nәzәrә alsaq,
tövsiyә edәrdim ki, әvvәlcә La Plata10 Rәsәdxanasına
gedib onların yerini müәyyәnlәşdirәsiniz”.
Mәn çarәsiz halda yerimә oturdum, hәrçәnd
Admiralın haqlı olduğunu da qәbul edirdim.
Demәli, bütün sәmanı teleskopla yoxlamaq vә
sәyyahların yerini tapmaq, ondan sonra gәrәkli
addımlar atmaq lazım idi.
Admiral nәzakәtlә bizimlә La Plata şәhәrinә
gedәcәyini dedi vә bu dәfә nümayәndә heyәtinә o
rәhbәrlik elәdi.
8 Kueka – Çili milli rəqsi
9 Uayno – Peru və Boliviyada yayılmış musiqi növü
10 La Plata – Argentinanın ən iri şəhərlərindən biri
36