Page 41 - dailan
P. 41
Dailan Kifki

10
Belәcә, hamımız metroya minib mәnim evimә getdik.
Tәsәvvür edin, ailә üzvlәrim mәni neçә saat sonra,
özü dә belә mühüm adamlarla bir yerdә görüb necә
tәәccüblәndilәr.
Xalam Klodomira hamı ilә әl verib görüşdü vә bir
qәdәr sonra tәzәdәn hamının әlini sıxıb tәkrar-tәkrar
dedi:
– Mәmnun oldum, mәmnun oldum, mәmnun oldum.
Qardaşım Roberto dedi:
– Batdıq.
Atam onları açıq havada oturmağa dәvәt elәdi, özü
isә mәtbәxә qonaqlar üçün mate hazırlamağa getdi.
Anam tәklikdә danışmaq üçün mәni kәnara çәkdi.
– Qızım, bu qәdәr mühüm adamları yığıb gәtirmisәn,
gәrәk bir qonaqlıq verәk, – anam dedi.
– Ana, axı hamımız bikefik, necә qonaqlıq verәcәyik?
– dedim.
– Bikef niyә? – hәmişә öz alәmindә olan anam
soruşdu.
– Necә yәni niyә? – Görmürsәn ki, nә Dailan Kifkini
tapa bilmişik, nә dә Yanğınsöndürәni? Görmürsәn ki,
nә sәmada, nә Ayda, nә dә ulduzlarda onların izinә
rast gәlә bilmәmişik? Bilmirsәn ki, sәhәr açılan kimi
hamımız tәzәdәn yola düşmәliyik?
– Zәrәr yoxdur, tapılarlar, – anam cavab verdi. –
Yanğınsöndürәn qayıdacaq, sәn dә onunla
evlәnәcәksәn, amma hәlә ki şәnlik edәcәyik.
Sonra da әlimdәn tutub mәni mәtbәxә sendviç
hazırlamağa apardı.
Evdә bu qәdәr adam üçün kifayәt qәdәr yemәk yox
idi, ona görә dә Dailan Kifkiyә hazırladığımız plastır-
dan artıq qalan ağac kәpәyindәn, bir dә ayıdöşәyi vә

41
   36   37   38   39   40   41   42   43   44   45   46