Page 46 - dailan
P. 46
iya Elena Valş
Onu oyatmağa çalışsaq da, xeyri yox idi. Başını
balışla örtmüş, papağını da qulağının üstünә endirmişdi.
Anam onu birtәhәr durğuzub әynini geyindirdi.
Babam da yarıyuxulu vәziyyәtdә bәrkdәn deyinir vә
әsәbdәn ayağını yerә döyürdü.
Geyinib әl-üzünü yuyandan sonra bu qәfil
gәlişimizin sәbәbini soruşdu, bu gün dәrs günü
olmadığını dedi, qaşqabağını töküb şikayәtlәndi vә sair
vә ilaxır.
Onu şәrәfli bir ekspedisiyaya cәlb etmәk üçün
gәldiyimizi deyәndәn sonra Babam hәvәslәndi.
İçi boş-boş xırdavatla dolu çamadanı açdı, sәyyah
dәbilqәsi, probka atan tüfәng, kәpәnәk tutmaq üçün
tor, kompas, pistonlu tapança vә tәnәkә qılınc çıxardı.
Hazırlığını tamamladı vә artıq әmin idik ki, o da
bizimlә gedir. Lakin olduqca tәrs adam olan Babam
birdәn yerә oturdu vә dedi:
– Yox, getmirәm, istәmirәm.
Onu yola gәtirmәk üçün dedim:
– Baba, Dailan Kifkini tapanda rәsmi nitqi söylәmәk
üçün gәrәk sәn gәlәsәn.
Babamın rәsmi çıxışlar, ağ xalatlar, iri sinif
lövhәlәri, herbarilәr vә bu kimi şeylәrdәn ötrü ürәyi
gedirdi vә ona görә bizimlә getmәyә hәvәslә razılaşdı,
bir şәrtlә ki, yolboyu San Lorenso marşını oxuyacağıq.
Şәrtini çox hәvәssiz yerinә yetirdik, çünki bu qәdәr
söhbәt, rәqs, prosedur, avtobusla vә qatarla sәyahәt,
mübahisәlәrә görә sәsimiz dә batmışdı.
Әlqәrәz, Babam qabaqda, biz dә arxada San
Lorenso marşını oxuya-oxuya gölmәçәlәr, çәpәrlәr vә
bataqlıqlardan keçib sәhralığın ortasında, qabağında
hәrf sәhvi ilә dolu lövhәsi olan bir rançoya gәlib
çıxdıq. Afişada yazılmışdı:
46