Page 51 - dailan
P. 51
Dailan Kifki
Әsәbi halda öz xidmәtçilәrini axtaran keşiş dә gәlib
çıxdı. Uşaqlar velosipedlәri ilә, südsatanlar arabaları
ilә, şәhәr adamları maşınları ilә, yerli adamlar atları
ilә gәldilәr, qoyunlar vә iki dәnә quyruqlu it isә piyada
gәlib çıxdılar.
Arada gözәl musiqi sәsi eşitdik. Tәbii ki, musiqini
ifa edәn boyskaut dәstәsi idi. Ard-arda atәş sәslәri
eşidildi vә hamımız çәrpәlәnglәri uçurmağa başladıq.
O qәdәr mәmnun idik ki, bir anlıq mәqsәdimizin
göydә uçan Dailan Kifki vә Yanğınsöndürәni xilas
etmәk olduğunu unutmuşduq.
Günәş işıq saçır, xoş meh әsirdi. Yerfındığı, vafli
vә dondurma satanlar da orada idi.
Bir sözlә, çatışmayan heç nә yox idi.
Babam çәpәrin küncünә çәkilib, qaşqabaq sallayıb
deyinirdi, lakin heç kimin ona mәhәl qoymadığını görüb,
o da çәrpәlәngini uçurmağa cәhd elәdi.
Birdәn çәrpәlәng onu arxasınca dartdı vә havaya
qaldırdı.
– İşә bir bax! – dedim.
– Batdıq, – qardaşım sәslәndi.
– Bir bu çatmırdı da, Baba da uçsun, onu da xilas
etmәli olaq, – atam dedi.
Xoşbәxtlikdәn, Babam evkalipt ağacına ilişdi vә
Kapitan öz nәrdivanı ilә qalxıb onu aşağı endirdi.
Babam da yerә düşәn kimi başladı bizә çәrpәlәng
uçurmağın qaydası haqda dәrs keçmәyә.
Bir sözlә, sәhәrә qәdәr işlәdik vә artıq tәslim
olmaq üzrә idik, çünki sәmada Dailan Kifkinin izi-tozu
da görünmürdü. Bu vaxt Kapitan ağaca dırmandı ki,
durbini ilә әtrafa baxsın, birdәn onlar hansısa buludun
arxasında olar, ya istidәn yorulub haradasa oturar.
Artıq ümidimizi itirmәk üzrә idik ki, qәfildәn Kapitan
qışqırdı:
– Diqqәәәәәt! Ordadırlar! Çәrpәlәnglәri uçurun!
Bir... İki!
51