Page 55 - dailan
P. 55
Dailan Kifki

Camaat arasında qalxan çaxnaşmanı tәsәvvür edә
bilmәzsiniz.

Dәrhal başladılar mәrc etmәyә:
– Evlәnәcәk, evlәnmәyәcәk, evlәnәcәk, evlәnmә-
yәcәk...
Anam getdi Babamın yanına ki, guya o, mәni bu
fikirdәn daşındırsın.
– Harada görülüb? Harada görülüb ki, xanım-xatın
bir qız savadsız bir fillә evlәnsin? – Babam mәni
danlayırdı.
– Baba, axı sәn necә inana bilәrsәn ki, mәn fillә
evlәnmәk istәyәrәm? Anam sәhv başa düşdü, mәn elә
demәdim...
– Anan durduğu yerdә elә söz demәz, demәk ki,
nә isә var, – Babam cavab verdi. – İndidәn deyirәm,
bu evliliyә xeyir-dua vermirәm. Sәn diplomlu bir
müәllimlә, hәtta professorla evlәnmәlisәn.
– Yaxşı, Baba, oldu. İndi isә mәni rahat burax,
çәrpәlәngim sağa-sola yellәnir, Dailan Kifki әlimizdәn
çıxacaq.
Tәbii ki, şayiә sürәtlә yayıldı vә jurnalistlәr, TV
müxbirlәri, fotoqraflar axışıb gәldilәr. Hamısı әlindә
kamera, kağız vә qәlәm, sual vermәk üçün mәnә
yaxınlaşdılar.
– Xanım, doğrudur ki, siz fili tutmaq istәyirsiniz
ki, onunla evlәnәsiniz?
– Ay millәt, yox! Bu, cәfәngiyyatdır! – mәn hiddәtlә
cavab verirdim.
Onlar da sәs-küydәn mәni yaxşı eşitmirdilәr deyә
cәfәngiyyat әvәzinә şokolad yazırdılar.
– Bomba xәbәr! – Tarixdә ilk dәfә bir qız bir fillә
evlәnmәk istәyir, – biri deyirdi.
– Bәy toya şlyapa qoyacaq? – digәri soruşurdu.
– Bal ayını zooparkda keçirәcәksiniz? – başqa birisi
maraqlanırdı.
Bu vaxt, xoşbәxtlikdәn, xalam Klodomira çәtiri ilә
onları qovub dedi:

55
   50   51   52   53   54   55   56   57   58   59   60