Page 58 - dailan
P. 58
iya Elena Valş

– Axı yulafımız yoxdur, – onun sözünü kәsdim.
– Heç qazanımız da yoxdur, – Roberto dillәndi.
– Onda yulaf әkmәk lazımdır. O, yetişәnә qәdәr
dә sәfirlәrin birindәn şlyapasını müvәqqәti istәmәk
olar ki, qazan әvәzi istifadә edәk.
Babamın ağlına şübhә etmәk olmaz.
O, dәrhal yulaf әkmәyә başladı. Qardaşımla mәn
dә barmaqlarımızın ucunda yeriyә-yeriyә sәfirlәrdәn
birinin papağını özünә hiss elәtdirmәdәn çıxarmağa
getdik.
Bәxtimizdәn sәfirlәrdәn biri ağacın gövdәsinә
söykәnib yuxuya getmişdi vә biz dә arxadan yaxınlaşıb
onun şlyapasını çıxarmağa başladıq.
Çәtin iş oldu, çünki şlyapası balaca idi, başına zorla
aşağıya qәdәr çәkmişdi, lakin axırda çıxarda bildik.
– Urra, artıq qazanımız var, – qardaşım Roberto
qışqırırdı.
– Bir dәqiqә, sәfir oyanıb görәndә ki, tәpәsinә gün
döyür, şlyapasını әkişdirdiyimizi başa düşәcәk vә
әsәbilәşәcәk, – dedim.
Ona görә dә tez-tәlәsik kömәklәşib evkalipt
ağacının yarpaqlarından ona papaq düzәltdik vә
yavaşca, yuxudan oyatmadan onun başına keçirdik.
Gözәl әtirli şlyapa, öskürәyә dә xeyri var, elә
deyil?
Bu vaxt Baba mәmnun halda әkdiyi yulafın necә
yetişdiyinә tamaşa edirdi.
– Artıq qazanımız da var, – ona dedik.
Hәmişәki kimi narazı vә deyingәn olan Baba da
gözucu şlyapaya baxıb mızıldandı:
– Әlqәrәz, ideal qazan olmasa da, çölün ortasında
adam gәrәk әlindә olan vasitәlәrlә işini görmәyi
bacarsın.

58
   53   54   55   56   57   58   59   60   61   62   63