Page 59 - dailan
P. 59
Dailan Kifki

Dәrhal da qardaşım Robertonu ocaq qalamağa
göndәrdi.

– Kibritimiz yoxdur, ocağı necә qalayım? – Roberto
soruşdu.

– Hindular kimi, ay kütbeyin! – Babam zәhmlә
baxa-baxa dedi.

Sonra qardaşımla mәn qığılcım qoparmaq üçün iki
dәnә daşı bir-birinә vurmağa başladıq. Hәmin
müddәtdә Baba da xırda budaq vә quru yarpaqlar
toplayırdı.

Xeyli әziyyәt çәksәk dә, tәxminәn iki saat sonra
ocaq qalaya bildik.

Tәbii ki, ocaq yanmağa başlayandan sonra Babanın
yadına düşdü ki, cibindә qәlyan yandırmaq üçün
istifadә elәdiyi kibrit var.

Yulaf da artıq yetişmişdi vә biz onu qopardıb
qazanın, daha doğrusu, sәfirin şlyapasının içinә
doldurduq.

Mәn başımı qaldırıb sәmaya baxdım vә gördüm ki,
hәr şey olduğu kimi davam edir: Dailan Kifki
özündәnrazı halda göydә fırlanır, Yanğınsöndürәn onun
başında oturub, yerdәkilәr dә çәrpәlәnglәri ilә onları
tutmağa çalışır.

Yeganә ümidimiz ona qalmışdı ki, yulaf şorbasının
әtri onları yoldan çıxarar vә daha yaxşı iylәyә bilmәk
üçün bir az aşağı enәrlәr.

Vә hәmin an...

59
   54   55   56   57   58   59   60   61   62   63   64