Page 61 - dailan
P. 61
Dailan Kifki

– Sәn danış, aramızda әn gәnc sәnsәn.
Qardaşım Roberto da mәnә dedi:
– Sәn danış, sәn qadınsan.
Üçümüz dә әl-әlә orada dayanıb inәyә, inәk dә
maraqla bizә tamaşa edirdi vә heç birimiz ürәk elәyib
onu sağmaq üçün icazә istәyә bilmirdik.
Heç birimiz.
Axırda cәsarәtimi topladım, boğazımı arıtladım,
üst-başımı düzәltdim vә özümü hamıdan cәsur göstәrib
inәyә dedim:
– Axşamınız xeyir, inәk xanım.
İnәk mәnә diqqәtlә baxdı vә cavab verdi:
– Moo.
Mәn çalışırdım ki, onu söhbәtә tutub başını qatam,
çünki onu qәfildәn sağmaq olmazdı.
Ona dedim:
– Nә gözәl gündür, elә deyilmi, inәk xanım?
O da başı ilә mәnә “hә” işarәsi verәrәk dillәndi:
– Moo.
Babam mәni dümsüklәyib mızıldandı:
– Yaxşıdır, onu bir cәhdә sağmaq lazımdır.
İnәyin qulağını azacıq sığalladım vә nәvazişlә ondan
soruşdum:
– Hörmәtli inәk xanım, olarmı, sizin südünüzdәn bir
azca sağaq?
İnәk başı ilә mәnә әdәb-әrkanla razılıq verib dedi:
– Moo.
– Mәn sağaram, – Baba dillәndi vә onu sağmağa
başladı.
Roberto şlyapanı südün altına tutmuşdu, mәn dә
diksinmәsin deyә inәyin qulağının arxasını sığallayırdım.
Şlyapanı südlә doldurub qurtarandan sonra inәyә
hörmәtlә tәzim edib tәşәkkür elәdik, o da balaca
quyruğunu yellәyib bizi salamladı.

61
   56   57   58   59   60   61   62   63   64   65   66