Page 65 - dailan
P. 65
Dailan Kifki
Sevincimizdәn necә qışqırıb alqışladığımızı tәsәvvür
etmәzsiniz.
Çәrpәlәnglәri asta-asta aşağı çәkmәyә başladılar
vә belәcә, gözlәrini şorbadan ayırmayan Dailan Kifki
ilә Yanğınsöndürәn dә yerә yaxınlaşmış oldu.
Endilәr, endilәr, endilәr...
Nәhayәt, Dailan Kifki yavaşca, yumşaq şәkildә, qu
tükü kimi, lәlәk kimi, külәyin çimәrlikdәki qumun
üstünә gәtirib atdığı çiçәk kimi yerә endi...
Bәli, tәsadüf dә elә gәtirdi ki, Dailan Kifki mәhz
şorbanın yanında yerә endi.
İzdiham tam sakitlәşdi.
Dailan Kifki әzәmәtlә şlyapaya yaxınlaşdı, xortu-
munu uzatdı vә şorbanı birnәfәsә içdi.
Sevincimdәn vә hәyәcandan gözlәrim dolmuşdu.
19
Düşünmәyin ki, Dailan Kifkinin yerә enmәyi ilә
bütün problemlәr vә çәtinliklәr qurtardı.
Әksinә, yenilәri başladı.
Tәsәvvür etmәzsiniz, fil saxlamaq necә çәtin işdir.
Sizә tövsiyә edirәm ki, heç vaxt belә iri heyvan
saxlamayın. Yaxşı olar, pişik, balaca it, ya bülbül
saxlayasınız. Hәm daha asan, hәm dә daha ucuz başa
gәlәr. Axı bu sadaladıqlarım da mehriban canlılardır.
Nә isә, dediyim kimi, Dailan Kifki yerә endi vә
şorbasını birnәfәsә içdi. Yanğınsöndürәn isә hәlә dә
onun üstündә oturub fotoqraflar vә operatorlara poz
verirdi.
Uğurlu enişin sevinci Yanğınsöndürәnin başını o
qәdәr gicәllәndirmişdi ki, şorbaya diqqәt edә
bilmәmişdi.
Lakin görәndә ki, Dailan Kifki şorbanın hamısını
içib, sizcә, nә etdi? Başladı ağlamağa.
65