Page 70 - dailan
P. 70
iya Elena Valş
21
Tәәccübdәn ağzımızı yuma bilmirdik. Gözlәrimizә
inanmağımız gәlmirdi, lakin gördüklәrimiz gerçәk idi.
On dәnә ağ at gözәl bir kareti dartıb gәtirirdi.
“Görәsәn, gәlәn İngiltәrә Kraliçası olar?” – öz-
özümә fikirlәşdim. Yaxşı, necә olub ki, Dailan Kifkinin
macәrasından elә tez xәbәr tutub vә özünü İtuzain-
qoya çatdırıb?”
– Bu, kim olar? – hamı soruşmağa başladı.
Birdәn Baba yerindә gәrilib:
– Fәrә...qәәt! – deyә qışqırdı. – Hamı xalatını
geyinsin!
Hamı әmrә tabe oldu. Әlbәttә, heç kimin xalatı
yox idi, amma hamı üst-başını qaydaya saldı, saçına
әl gәzdirdi, yaxasını tәmizlәdi, düymәlәrini bağladı,
şlyapasını düzәltdi vә gözlәnilmәz, sirli qonaqları
qarşılamaq üçün üzlәrinә ciddi ifadә verib bir cәrgәyә
düzüldü.
Kimsә dedi ki, bәlkә, neçә gündür yollarda
olduğumuza, neçә gecә yatmadığımıza görә bizi qara
basır?
Amma yox.
Karet getdikcә yaxınlaşırdı vә xәyalat deyildi.
Gerçәk karet idi, hәr tәrәfi dә mirvari qaşlarla
süslәnmiş qızıldan. Bircә tәkәrlәrini palçıqdan qoruyan
hissәsi plastikdәn idi.
Atlar da gerçәk idi, yaşıl, çәhrayı vә sarıya
rәnglәnmiş, uzun, qıvrım yalları var idi.
Karet düz Dailan Kifkinin qabağında dayandı vә
qardaşım Roberto dedi:
– Batdıq.
Hәrbi rütbәsi olanlar hәr ehtimala qarşı, farağat
durub hәrbi salam verdilәr.
Baba fәxri qarovul kimi silah qaldırdı.
70