Page 75 - dailan
P. 75
Dailan Kifki

23
– Yaxşı, – cırtdan yarım saat sonra dedi. –
Aranızdan biri mәni qucağına alıb göyә qaldırsa, kim
olduğumu deyәcәyәm.
Kapitan tәlәsik onu qucağına alıb ehtiyatla göyә
qaldırdı, belәcә, cırtdan da özünü ucaboy hiss edib
boğazını arıtladı, papağını düzәltdi vә tәntәnәli şәkildә
elan elәdi:
– Mәnim adım cırtdan Karoso Minuxindir. Mәn Qu-
lubu meşәsinin ağası vә sahibiyәm.
– Aaaaa! – deyib hamımız onu alqışladıq, hәrçәnd
Qulubu meşәsinin adını belә eşitmәmişdik.
Bu vaxt Baba bir addım irәli gedib burnunu
cırtdanın burnuna söykәdi vә ona dedi:
– Siz yalançısınız!
– Mәn yalançıyam? – cırtdan qәzәbindәn mırıldadı.
– Bәli, siz, – Baba tәkid elәdi. – Mәn hәyatım boyu
coğrafiya oxumuşam vә Qulubu adında nә meşә, nә
ölkә, nә göl, nә dalan, nә dә futbol meydançası
görmәmişәm. Yalandır!
Cırtdan Babanı vurmaq üçün yerindә çırpınmağa
başladı, amma әli ona çatmadı.
– Qulubu adında meşә mövcud deyil, – Baba
qışqırdı. – Göstәrin mәnә, Argentina Respublikasının
xәritәsindә çubuqla yerini göstәrin görüm!
– Qulubu meşәsi xәritәlәrdә olmur, – cırtdan etiraz
elәdi.
– Belә de! – Baba cavab verdi. – Vә siz mәni
inandırmağa çalışırsınız ki, heç bir xәritәdә olmayan
meşә var?
– Bәli, cәnab, istәyirsinizsә, mәn özüm sizi ora
aparım vә göstәrim?
Mәn isә fikirlәşdim: “Әla, cırtdan bizi öz karetindә
xәritәlәrdә olmayan bir meşәyә aparacaq”.

75
   70   71   72   73   74   75   76   77   78   79   80