Page 76 - dailan
P. 76
iya Elena Valş

Lakin inadkar Baba arzumuzu gözümüzdә qoymaqda
qәrarlı idi vә ayağını yerә döyәclәyib tәkrar edirdi:

– Yox, mәn xәritәlәrdә olmayan mәnasız bir
meşәyә getmәrәm.

– Mәnasız? – cırtdan qışqırdı. – Siz mәnim meşәmә
mәnasız dediniz?

– Olmasın mәnasız, olsun cәfәng, – kürәyini yerә
vermәk istәmәyәn Baba donquldandı.

Sonra isә... Eh, sonra nә baş verdiyini xatırlamaq
da istәmirәm!

Cırtdan Karoso Minuxin qılınc çәkdi. Әlbәttә, qılınc
çox yekә deyildi, amma kifayәt qәdәr iti görünürdü.
Sonra da onun meşәsini tәhqir elәdiyi üçün Babanı
döyüşә çağırdı.

– Yaxşı, dalaşmayın, – deyib cırtdanı qucağıma
aldım. Lakin cırtdan möhkәm әl-qol atıb qucağımdan
yerә düşdü.

– İmkan ver mәnә! – Baba dedi. – Qoy öz şәrәfimi
dә, coğrafiyanın şәrәfini dә müdafiә edim!

Vә oradaca savaşmağa başladılar. Qılıncların sәsi
әtrafa yayılırdı. Cırtdan isә acığından qızarmış halda
dodaqaltı tәkrar edirdi:

– Supisiçe, supisiçe, supisiçe.
Bu sәhnә muşketyor filmlәrinә oxşayırdı. Onlar
yıxılır, sıçrayıb qalxır, tullanır, mayallaq aşırdılar.
Artıq qoca olduğu üçün bir mәqamda Baba yoruldu
vә fasilә istәyib, evkalipt ağacının altında dincәlmәyә
getdi.
Cırtdan qılıncı saqqalının altına qoyub dedi:
– Qәlәbә çaldım. Gәrәk kimsә mәni yuxarı qaldırsın
ki, tamaşaçıları salamlayım, mәn buna layiqәm.
Xalam Klodomira onu qucağına aldı. O da qollarını
havaya qaldırıb izdihamı salamlayır, tamaşaçılar onu
alqışlayırdı:

76
   71   72   73   74   75   76   77   78   79   80   81