Page 78 - dailan
P. 78
iya Elena Valş
24
Balaca cәnab Karoso Minuxin әlimdәn tutub mәni
karetinә tәrәf apardı. Minmәyә hazırlaşırdım ki,
arxamızdan bәrk sәs-küy eşitdim.
– Lәnәtә gәlsin, qalmaqal bitmir dә, – dedim.
Çәrpәlәng Uçuranlar İttifaqının Sәdri dәli kimi
qışqırırdı.
– Biz bu qәdәr vaxtdır sizin üçün işlәyirik! Üç
gündür ki, bu tәlxәk fili tutmaq üçün çәrpәlәng uçu-
ruruq vә indi siz bizә pul vermәmiş çıxıb gedirsiniz...
– Haqlısan, – cavab verdim. – İş ondadır ki,
hamımız elә bilirdik ki, siz bu işi havayı görürsünüz.
– Qәtiyyәn! – o cavab verdi vә mәnә rәqәmlәr
yazılmış kirli bir kağız uzatdı. Bu, hesab qәbzi idi: 65
peso 20 sent.
– Ya pulumuzu ödәyin, ya da fili yenidәn havaya
uçuracağıq, – deyindi.
Hamı cibini eşәlәmәyә başladı, lakin cırtdan bizi
qabaqladı vә balaca torbasından iki әdәd dördkünc
qızıl sikkә çıxardı. Elә hәmin vaxt yumru bir dәsmal
da çıxarıb burnunu tәmizlәdi.
Rәis qızıllardan mәmnun qalıb bizdәn әl çәkdi.
Nәhayәt ki, karetә mindim vә mәni, hәqiqәtәn,
tәәccüb bürüdü. Çöldәn bu qәdәr yekә görünәn karetin
içәrisi çox balaca imiş, sanki elә sahibinin ölçüsü üçün
nәzәrdә tutulubmuş. İçәrisi çox şıq idi – hәr yan
metal tәrkibli kağızla örtülmüş, tavanına Çarli Çaplin
vә Karlos Jardelin rәsmlәri yapışdırılmışdı. Bütün yolu
büzüşmüş vә qoz kimi yumrulanmış vәziyyәtdә getmәli
oldum. Şlyapam tavana dirәnmişdi, hәtta gülmәyә belә
yer yox idi, çünki gülәndә ağzımın qırağı balaca
pәncәrәdәn çölә çıxırdı. Yer olmadığı üçün ayağımı
ayağımın, әlimi әlimin, hәr iki әlimi dә başımın üstünә
qoymalı oldum.
Cәnab Karoso yanımda әylәşib nәzakәtlә soruşdu:
– Yeriniz rahatdırmı?
78