Page 83 - dailan
P. 83
Dailan Kifki

axtarıb tapmaq üçün başladım yavaş-yavaş aradan
sivişmәyә.

Bәxtimdәn Babanın başı bir bitkini izah elәmәyә
elә qarışmışdı ki, dәrsindәn qaçdığımı hiss elәmәdi.
Sakitcә sürünә-sürünә aradan çıxdım vә
Yanğınsöndürәni axtarıb-tapdım.

Baba görmәsin deyә onu bir kәnara çәkdim.
Kәlәmlikdә gizlәnәndәn sonra ondan soruşdum:

– Hanı Dailan Kifki?
– Nә bilim, – Yanğınsöndürәn pıçıltı ilә cavab verdi.
– Yüz faiz o utanmaz yenә aradan çıxıb, onu
tapmalıyıq.
Yanğınsöndürәn dә mәnә ciddi bir hava ilә cavab
verdi:
– Meşәdә itmiş bir fili tapmaq üçün elә fil sәbrinә,
bir dә yaxşı eşitmә vә iybilmә qabiliyyәtinә malik
olmaq lazımdır.
– Orası elәdir, – cavab verdim. – Lakin hәm dә
әrazini yaxşı tanımaq lazımdır. Bu adıbatmış Qulubu
meşәsindә azarıq. Ona görә, әn yaxşısı, cırtdan
Karosonu tapaq ki, bizi müşayiәt elәsin.
Lakin işin әn çәtin tәrәfi o idi ki, cәnab Karoso
Babanın dәrsindә birinci sırada oturmuşdu vә ona
gedib çatmaq üçün mәktәbdәki kimi ciddi vә sakit
oturmuş bir yığın adamın arasından keçmәk lazım idi.
– Necә edәk? – Yanğınsöndürәndәn soruşdum.
Yanğınsöndürәn dә barmağını alnına qoyub qaşlarını
çatdı, bir az fikirlәşәndәn sonra cavab verdi:
– Cırtdanı Babanın dәrsindәn çıxarmaq üçün bizә
qarğı, ip vә qarmaq lazımdır.
Fikir mәnim xoşuma gәldi: Babanın xәbәri olmadan
cәnab Karosonu dәrsdәn çırpışdırırıq. Zәngin çalmasını

83
   78   79   80   81   82   83   84   85   86   87   88