Page 84 - dailan
P. 84
iya Elena Valş

vә dәrsin bitmәsini gözlәsәk, batarıq, çünki Babanın
dәrslәri heç vaxt beş saatdan az çәkmir.

Qarğımız olmadığına görә Yanğınsöndürәn ay kimi
parıltılı baltası ilә möhkәm vә elastik bir budaq kәsib
hazırladı. İpimiz olmadığından onun ayaqqabılarının
iplәrini götürdük. Qarmağımız da yox idi, önlüyümә
keçirdiyim sancağı çıxartdıq.

Meşә şәraitindә gәrәk yaradıcı olasan, elә deyil?
Bir yerdә budaqdan bәrk-bәrk yapışıb yaxşıca
nişan aldıq ki, cırtdan әvәzinә başqa adamı tutub
qaldırmayaq (tәsәvvür edin ki, birdәn xalam
Klodomiranı qaçırdırıq). Vә... zummmmm! Heç kimin
xәbәri olmadan cәnab cırtdan Karoso iplә budağın
ucuna bәrkitdiyimiz sancağa ilişib göyә qalxdı vә
havada süzәrәk sağ-salamat qabağımızda yerә endi.
Kәlәm kolunun arxasında yerә düşәn kimi başladı
dәli kimi hay-hәşir salmağa. Әsәbindәn partlayırdı vә
“sampiolin”, “patatip”, “tambapatan” kimi qәraib-әcaib
sözlәr deyirdi.
Baba sәs-küyü eşidib şagirdlәrindәn birini icazәsiz
qaçırdığımızı anlamasın deyә Yanğınsöndürәn cırtdanın
ağzını dәsmalla bağlayıb, onu qucağına aldı vә birlikdә
bir az da aralıya, balqabaq kolunun arxasına apardıq.
Cәnab Karoso hәlә dә etiraz edir vә şiddәtlә әl-
qol atırdı.
– Bağışlayın, cәnab cırtdan, sizi hәvәslә
dinlәdiyiniz dәrsdәn qaçırdıq, – ona dedim.
– Nә hәvәslә? Darıxmaqdan ürәyim partlayırdı! –
cırtdan dedi.
– Yaxşı, onda niyә belә deyinirsiniz? – soruşdum.
– Mәni qaçırdığınıza görә deyinmirәm, – dedi. –
Ona görә deyinirәm ki, çubuğun ucunda havada süzmәk

84
   79   80   81   82   83   84   85   86   87   88   89