Page 88 - dailan
P. 88
iya Elena Valş

Artıq gecә düşmüşdü vә bir az qorxurduq. Xeyli
getdikdәn sonra cәnab Karoso bir daha qәfildәn
dayandı. Yaxşı ki, Yanğınsöndürәn dә, mәn dә
müvazinәtimizi saxlaya bildik, yoxsa başı üstә
gölmәçәyә yıxılacaqdıq.

Cırtdan ayaqqabısının ucu ilә suyu şappıldadıb
çağırdı.

Çox keçmәmiş, bir sәs cavab verdi:
– Xa, xa.
– Axşamınız xeyir, Qurbağa xanım, – cırtdan dedi.
Qurbağa cavab verdi:
– Xa, xa.
– Sizi narahat edirik, istәyirik soruşaq ki,
tәsadüfәn buradan bir fil keçdiyini görmәmisiniz?
Qurbağa yenә cavab verdi:
– Xa, xa.
Qurbağanın gölmәçәdә çapalamaqdan başı xarab
olduğunu görüb ondan daha heç nә soruşmadıq vә
ayaqqabılarımızla ona sağ ol elәyib uzaqlaşdıq.
– Bir nәfәr dә qaldı, gәrәk ondan da soruşaq, –
cәnab Karoso dedi.
– Axı gecәnin bu vaxtı hamı yatmış olar, – dedim.
– Xeyr, bir nәfәr var ki, bütün gecәni oyaq olur
vә durmadan mahnı oxuyur. Biz Dailan Kifkini ondan
da soruşacağıq, – bildirdi vә ardınca “supisiçe” deyib
fikrini tamamladı. Son sözü mәni bir az rahatlatdı.
Nәhayәt, cırtdan deyәn o mәşhur şәxsin evinә
gәlib çıxdıq. Adı Sisәk Kanuto idi. Tәzәcә bәstәlәdiyi
vә adı “Kri-kri-krikiti-kri-kri-krikitikri-kri” olan
samba musiqisini oxuyurdu.
Onun ifasını yarıda kәsә bilmәzdik vә samba da çox
uzun olduğuna görә bir xeyli gözlәmәli olduq.
Mahnısını bitirib bizi salamladı, biz dә onu
alqışladıq vә bu, onun çox xoşuna gәldi. Sәbәbini
bilmirәm, amma sisәklәr oxuyub qurtaranda heç vaxt

88
   83   84   85   86   87   88   89   90   91   92   93