Page 86 - dailan
P. 86
iya Elena Valş
mәnimdir vә mәn onu evә qaytarmalıyam. Digәr
tәrәfdәn, o, burda qalsa, siz dә nә vaxtsa yenә
meşәni yerә yapışdırıb gizlәtmәk istәsәniz, Dailan
Kifki hansısa bir ağacın altında qalıb ölәcәk.

Heç bilirsiniz cırtdan mәnә nә cavab verdi?
– Babanın dәrsi qurtarandan sonra hamımız birlikdә
mәnim evimә çini fincanlarda isti şokolad içmәyә
gedәcәyik. Sonra baxarıq.

– Axı artıq gecdir vә Dailan Kifkinin başına bir iş
gәlә bilәr, – ağzımı büzüb tәkid elәdim.

– Supisiçe, – cırtdan cavab verdi.
Sonra üçümüz – Yanğınsöndürәn, cәnab Karoso vә
mәn әl-әlә verib meşәnin içәrilәrinә doğru getdik.

27
Sakitcә gedirdik ki, birdәn cırtdan dayandı vә
dabanı ilә “tap, tap, tap” yeri döyәclәdi.
“Görәn nә edir?” – öz-özümә fikirlәşdim.
Çox keçmәmiş, yerdәn incә bir sәs gәldi:

86
   81   82   83   84   85   86   87   88   89   90   91