Page 82 - dailan
P. 82
iya Elena Valş

oldu. Quş qәfәsin içindә deyildi, әksinә, qәfәsdәn
әlindә kiçik әşyalarını daşımaq üçün çanta kimi istifadә
edirdi.

Hamımız gözәl nanә әtirli havanı içimizә çәkir,
xoşbәxt halda Qulubu meşәsindә gәzir vә son günlәrin
yorğunluğundan azad olurduq ki, Baba hәmişәki kimi,
yenә dә kefimizә soğan doğramaq qәrarına gәldi.

O, bir kötüyün üstünә çıxıb qışqırdı:
– Şagirdlәr, sakit!
Hamımız susduq.
Baba tam sakitlik hökm sürdüyündәn, bütün
quşların susduğundan, hәtta bülbüllәrin dә onu
dinlәdiyindәn әmin olandan sonra tәntәnәli şәkildә
dedi:
– Madam namәlum vә tәhlükәli әrazilәrdәn keçib,
uzun vә iztirablı bir sәyahәtdәn sonra gәlib bu meşәyә
çıxmışıq, bu saat sizә әyani zoologiya vә botanika
dәrsi keçim.
Sizcә, bizim bu dәqiqә dәrsә hәvәsimiz var idi?
Qardaşım Roberto dillәndi:
– Batdıq.
Növbәti dәfә onun haqlı olduğunu qәbul etmәli
oldum.

26
Hamımız dәrsә qulaq asıb darıxır vә Babanın qәribә
bitki, heyvan adlarını sadalayıb qurtarmasını gözlәyir-
dik ki, birdәn mәn әtrafa boylanıb hәyәcanla öz-
özümdәn soruşdum:
– Dailan Kifki haradadır?
Onu heç yerdә görmürdüm, hәrçәnd o, elә yekә idi
ki, ağacın, ya kolun dibindә gizlәnsә dә, görünәrdi.
Mәn hamı kimi otun üstündә oturub bәrkdәn
әsnәyә-әsnәyә Babanın dәrsinә qulaq asdığım yerdәn
bәdbәxt bir hadisә baş vermәdәn Dailan Kifkini

82
   77   78   79   80   81   82   83   84   85   86   87