Page 57 - dailan
P. 57
Dailan Kifki

Gәlәn tәcili yardım maşını idi.
Maşından ağappaq geyimdә, qulaqlarına qәrәnfil
taxmış beş nәfәr hәkim, üç nәfәr dә stomatoloq
düşdü. Özlәri ilә bıçqılar, vintaçanlar, qayçılar,
flakonlar, sarğı bintlәri, balaca çәkiclәr vә rezin
pozanlar gәtirmişdilәr.
Hәkimlәr dәrhal xәstәlәrlә mәşğul oldular, öskürәk
әleyhinә şәrbәt vә vintaçanın kömәyi ilә onların әllәrini
aşağı sala bildilәr.
Sonra isә, tәbii ki, hәkimlәr vә stomatoloqlar da
bizә qoşulub çәrpәlәng uçurdular. Astronavtları
yaxalamağa çalışdığımız vaxt qardaşım Robertonun
ağlına gözәl bir fikir gәldi.
Mәni kәnara çәkib xәlvәtcә dedi:
– Dailan Kifki, yәqin, acıb indi.
– Әlbәttә, acından ölür, yәqin, amma qorxusundan
aşağı enmir ki, onu danlayarıq, – cavab verdim.
– Onu aşağı salmağın yolunu bilirәm, – Roberto
dedi.
– Nәdir o yol? – hәyәcanla soruşdum.
– Yulaf şorbası. İyi hiss elәyәn kimi dәrhal aşağı
enәcәk, – cavab verdi.
– Yaxşı, bu çöllüyün ortasında yulaf şorbasını necә
hazırlayacağıq? – soruşdum.
– Onu Babadan soruşaq, vaxtilә boyskaut olub, o
bilәr belә şeylәri, – cavab verdi.
Bir yerdә Babanın yanına getdik vә çölün ortasında
yulaf şorbasını necә hazırlaya bilәcәyimizi soruşduq.
– Şorba su ilә, yoxsa südlә olsun? – Babam öz
növbәsindә maraqlandı.
– Әlbәttә ki, südlә! – cavab verdik.
– Bu, çox asan işdir, – Baba cavab verdi. – Bir
qazana altı kilo yulaf qoyursunuz...

57
   52   53   54   55   56   57   58   59   60   61   62