Page 14 - dailan
P. 14
iya Elena Valş

Yanğınsöndürәnә tәşәkkür edib üzündәn öpdüm. O
da әynindә qırmızı gödәkcәsi, başında bir az yana
әyilmiş qızılı dәbilqәsi, әlindә xal-xal su şlanqı, ay kimi
parıltılı baltasını da götürüb yola düzәldi.

Mәn dә qarnı ağrıyan yaraşıqlı filimin ağır
xәstәliyini sağaltdığımdan sevincәk yatmağa getdim.

3
Sәhәr atam, anam vә qardaşım Roberto yuxudan
oyanan kimi dәrhal qışqırmağa vә ağlamağa başladılar.
– Nә olub? – mәn soruşdum. Filim xәstәlәndiyinә
görә gecә yaxşı yata bilmәmişdim, yuxum gözümdәn
tökülürdü.
– Necә yәni nә olub? – anam dedi. – Görmürsәn ki,
havada oturmuşam?
Gözlәrimi ovuşdurub ona diqqәtlә baxdım.
Anam, hәqiqәtәn dә, havada oturmuşdu, altında
stul yox idi.
– Hәlә mәnә bax! – atam qışqırdı. – Sәncә, evin
küncündә, elә ayaq üstdә yatmağım yaxşıdır?
Doğrudan da, atam ayaq üstdә yatmışdı, çünki
çarpayısı yox idi.
Qardaşım Roberto isә dedi:
– Batdıq.
O da haqlı idi, çünki o da havada oturmuşdu,
qabağındakı südlü qәhvә dә masa olmadığı üçün lam-
padan asılı qalmışdı.
Nәhayәt, hamısı gecә paltarında pәncәrәdәn
bağçaya boylanıb dünәn gecә Yanğınsöndürәnlә birlikdә
doğradığımız mebellәrin qalıqlarını görәndә daha bәrk
qışqır-bağır salıb ağlaşdılar.
Mәn hәr şeyi onlara izah elәdim, lakin qәti başa
düşmәk istәmәdilәr ki, bir filin qarnının ağrıması bir
neçә mebelin doğranmasından daha ciddi mәsәlәdir.
Şikayәtlәndilәr, mәni danladılar, atam söz verdi
ki, mәni әzişdirәcәk, qardaşım Roberto isә şәhadәt
barmağı ilә yazıq Dailan Kifkini göstәrib:

14
   9   10   11   12   13   14   15   16   17   18   19