Page 10 - dailan
P. 10
iya Elena Valş

– Yox, – başını soldan-sağa tәrpәdәrәk dedi.
Xortumu ilә әlimdәn tutub qarnının üstünә qoydu.
Onda hәr şeyi başa düşdüm: yazığın qarnı bu gün
yediyi 45 vedrә darçınlı südlüplovdan ağrıyırdı.
Bir müsibәtә baxın.
Sizin bir tikә qarnınız ağrıyanda necә pis olur-
sunuz? İndi tәsәvvür edin, filin o boyda yekә qarnı
ağrıyır, görün necә olar.
Qarnını bir az masaj elәdim, amma deyәsәn, xeyri
olmadı. Qәrar verdim ki, dәrhal baytar çağırım.
Yarıyuxulu halda kitabçada nömrәni tapıb zәng
elәdim, lakin şübhәsiz, baytar yatırdı, çünki mәn
telefonda: “Hәkimdir danışan?” – deyә soruşanda
mәnә onun pasiyentlәrindәn biri kefsiz halda “quau!”
deyә cavab verdi.
Tәkrar zәng elәdim vә bu dәfә başqa bir kefsiz
sәs “miau!” deyә cavab verdi. Daha tәkid elәmәdim vә
ağlıma yalnız yanğınsöndürmә xidmәtinә zәng vurmaq
gәldi.
Dәstәyi tәzәcә yerinә qoymuşdum ki, başdan-
ayağa qırmızı geyinmiş, başında qızılı rәngdә lәlәkli
dәbilqәsi, әlindә üstü xal-xal su şlanqı vә ay kimi
parıltılı baltası olan bir yanğınsöndürәn peyda oldu.
– Mәn alov görmürәm, haradadır yanğın? –
Yanğınsöndürәn soruşdu.
– Baxın, cәnab Yanğınsöndürәn, әslindә, hazırda
yanğın-filan yoxdur, amma... – cavab verdim.
– Әgәr yanğın yoxdursa, onda mәni niyә
çağırmısınız? – soruşdu.
– Cәnab Yanğınsöndürәn, icazә verin, izah edim.
Mәsәlә ondadır ki, Dailan Kifkinin qarnı ağrıyır...
– Senyorita, yanğınsöndürәnin qarınağrısından nә
başı çıxa bilәr axı?

10
   5   6   7   8   9   10   11   12   13   14   15