Page 6 - dailan
P. 6
iya Elena Valş
1
Hәr cümә axşamı olduğu kimi, bu cümә axşamı da
sәhәr tezdәn dibçәkdәki әtirşahımı diyircәkli arabada
gәzdirmәk üçün çölә çıxırdım ki, qapını açanda nә
görsәm yaxşıdır?! Nәhәng boz bir dağ dәhlizdә qarşımı
kәsib, keçmәyә qoymur.
Sizcә, nә etdim? Onu itәlәdim. Bәli, dağı itәlәyib
sәkiyә saldım. Hәlә dә elә bilirdim yuxu görürәm vә
birdәn anladım ki, bu dağ dediyim, sәn demә, bir fil
imiş. Tәsәvvür edirsiniz? Fil!
Qışqırıb kömәk çağırmağa hazırlaşırdım ki, bu
nәhәng heyvanın qulağından asılmış iri mәktubu
gördüm. Zәrfin üstündә böyük hәrflәrlә mәnim adım
yazılmışdı. Mәktubu açdım. İçindә yazılanları indi sizә
dә oxuyuram, diqqәtlә qulaq asın:
“Hörmәtli xanım, mәnim adım Dailan Kifkidir. Mәn
filәm vә xahiş edirәm, mәndәn qorxmayasınız. Sahibim
mәni tәrk edir, çünki daha mәni yedizdirә bilmir. O
inanır ki, sizin gözәl ürәyiniz var, mәnim qeydimә
qalar, mәnә yulaf şorbası bişirәrsiniz. Mәn çox
çalışqan vә qayğıkeş filәm, özüm dә cizgi filmlәrini
izlәmәyi çox sevirәm”.
Tәsәvvür edin!
Tәsәvvür etdinizmi?
Heç bilirsiniz bu nә demәkdir?
Adam qapı ağzında atılmış pişik tapa bilәr, it tapa
bilәr, tarakan, yaxud yolunu azmış qarışqa... hәtta
bәlәkdә yaxası sancaqlı körpә dә tapa bilәr! Hәr şey
tapmaq olar, bircә fildәn savayı.
Heç bilmirdim onu atılmış vәziyyәtdә qoyum gedim,
yoxsa içәri gәtirim. Evim yekә olsa da, onu hara
6