Page 8 - dailan
P. 8
iya Elena Valş

Әmin oldum ki, mәktubda yazılan düz imiş: Dailan
Kifki, doğrudan, çox çalışqandır.

Şübhәsiz ki, o, dünyada yeganә belә fildir.
Mәn heyranlıqla ona baxırdım vә qәfil gördüm ki,
xalam Klodomira başında çobanyastığı lәçәklәri ilә
bәzәnmiş şlyapa vә әlindә çәtir bizә qonaq gәldi.
Xalam Klodomira Dailan Kifkini görәn kimi özündәn
getdi.
Mәn, az qaldım, yanğınsöndürәnlәri kömәyә
çağırım, çünki xalam gonbuldur vә onu yıxıldığı iri
dibçәyin içindәn çıxarda bilmirdim. Bu vaxt... sizcә,
fil nә etdi?
Xortumu ilә xalamı yavaşca qaldırdı, yataq otağının
pәncәrәsindәn içәri keçirib, çarpayının üzәrinә uzatdı.
Sonra pәncәrәnin ağzında dayanıb qulaqları ilә onu
yellәdi vә sığalladı.
Yәqin, tәsәvvür edә bilәrsiniz ki, xalam oyanıb
başının üstündә fili xәstә baxıcısı kimi görәndә necә
bәrkdәn qışqırıb tәzәdәn özündәn getdi. Dailan Kifki
buna görә qorxmadı. Bilirsiniz nә etdi?
Mәtbәxә gedib, soyuducunu açdı, bir bardaq buz
kimi su çıxardı, ayağı ilә soyuducunun qapısını bağladı,
sonra gәlib hәmin suyu yavaşca xalam Klodomiranın
başına tökdü.
Bütün bunlardan qәzәblәnәn ailә üzvlәrim xalamın
dәhşәtli qışqırıqlarından tәsirlәnib, ağlaya-ağlaya
mәndәn bu nәhәng heyvanı evdәn çıxarmağımı tәlәb
etdilәr.
O qәdәr çığır-bağır saldılar, bir dә gördüm ki,
evdәki bu mәrәkәdәn hәtta poçt qutusunun markaları
da uçub-gedib.
Başqa yolum qalmadığına görә Dailan Kifkiyә:
– Gedәk, әzizim, – dedim. – Burada sәni başa
düşәn yoxdur... Gәl sәni zooparka aparım.
Sizcә, Dailan Kifki nә cavab verdi?

8
   3   4   5   6   7   8   9   10   11   12   13