Page 7 - dailan
P. 7
Dailan Kifki
yerlәşdirәcәyimi, valideynlәrimin vә qonşularımın nә
deyәcәyini dә bilmirdim.
Sonda qәrar verdim ki, daha münasib yer tapana
qәdәr onu bir neçә günlük evdә saxlayım... Siz dә
belә edәrdiniz, düzdürmü?
Onu xortumundan tutub içәri itәlәdim, Dailan Kifki
dә müqavimәt göstәrmәdәn, hәtta tәlәsik içәri girdi:
çox güman, mәtbәxdәn gәlәn südlüplov qoxusu da onu
cәlb elәmişdi. Onu sakitcә, heç kimi oyatmamağa
çalışaraq bağçaya çıxardım, amma Dailan Kifkinin
addımları evdә elә gurultu qopardı ki, bütün ailә
üzvlәrim gecә paltarında bağçaya açılan pәncәrәdәn
boylandı.
Anam dәrhal özündәn getdi, atamın tәnbәki çubuğu
ağzından yerә düşdü, qardaşım Roberto isә:
– Batdıq, – dedi.
Dailan Kifki bağçada sakitcә dayanıb güllәrә
tamaşa edir, onları iylәyirdi.
Mәn әvvәl ailә üzvlәrimin yanına, daha sonra isә
tәzә sakinimiz üçün bazardan 400 kilo yulaf, 650
әdәd banan, çoxlu butulka süd vә üç medialuna1
almağa getdim.
Bağçaya qayıdanda mәni orada başqa sürpriz
gözlәyirdi.
Sizcә, Dailan Kifki nә edirdi?
İşlәyirdi.
Bәli, düz eşitdiniz, işlәyirdi.
Xortumu ilә su kranını açır, susәpәlәyәni su ilә
doldurur, sonra güllәri sәliqәylә sulayırdı. Gәzәndә dә
qabağına çıxan bütün qarışqaları iri pәncәlәri ilә
tapdalayırdı.
1 Medialuna – şirin xəmirdən hazırlanan aypara şəklində kökə (tərc.)
7