Page 12 - dailan
P. 12
iya Elena Valş
Yoxlayıb qurtardıqdan sonra dedi:
– Filin qarnındakı ağrını kahı vә ağac kәpәyindәn
yaxma sakitlәşdirәr.
Bir yerdә mәtbәxә getdik vә bir neçә dәstә kahı
gәtirdik, amma ağac kәpәyi tapmaq çәtin idi.
İstәdim qonşuluqdakı dülgәri oyadım, amma
Yanğınsöndürәn:
– Olmaz, – dedi. – Dülgәri yuxudan oyatmaq
tәhlükәlidir, yuxuda zәhәrli ağac yonqarı görә bilәrik.
Sonra ailә üzvlәrimi yuxudan oyatmamaq üçün
sakitcә evә girdik vә bütün mebellәri bağçaya
çıxardıq.
Mişar götürdük vә yaxma üçün lazımi qәdәr ağac
kәpәyi toplayana kimi stulları, stolları, servantı,
rәflәri mişarladıq. Bir neçә vedrә kәpәk toplayandan
sonra Yanğınsöndürәn kahı vә ağac kәpәyindәn yaxma
düzәltdi, mәlәfәnin üstünә tökdü vә sonra onu Dailan
Kifkinin qarnının üstünә sәrdi.
Sonra oturub filin toxtamağını gözlәdik. Mәn dә
yuxudan vә yorğunluqdan әldәn düşmüş Yanğınsöndürәn
üçün mate2 hazırladım.
Hәrәmiz 742 fincan mate içmişdik vә sәhәr açılmaq
üzrә idi ki, Dailan Kifkinin iniltisi kәsildi, içini çәkdi,
gülümsәyib dedi:
– Uyyy, ağrım kәsdi.
– Balası, daha özünü yaxşı hiss edirsәn? – ondan
soruşduq.
Dailan Kifki iri başını aşağı-yuxarı tәrpәdәrәk bizә
“hә” dedi.
Üstünü yaxşıca örtdük, birlikdә ona lay-lay dedik
vә nәhayәt, Dailan Kifki rahat yuxuya getdi.
2 Mate – Parana, Paraqvay və Uruqvay çaylarının hövzəsində bitən
mate bitkisinin yarpağından hazırlanan çay (tərc.)
12