Page 440 - antologiya
P. 440
Türkiyə ədəbiyyatı antologiyası

O soyuq qış gecәlәrindә atam bizә nağıl danışardı.
Qaf dağına birgә gedәrdik. Pәri qızına canımız yanar,
atasına qәzәblәnәr, Kәloğlana gülәrdik. Rәhmәtlik nәnәm
ağsaqqal müdrik Dәdә Qorquddan bәhs edәrdi. Hәlә Dәli
Domrulu demirәm... Zır dәlinin biriymiş! Sonra alqanadlı
Әzrayıla meydan oxuması lap dәhşәtdi… Amma biz yenә
dә o firıldaq oğlu fırıldağı sevәrdik.

Evimiz o zamanlar istiydi, indiki kimi soyuq deyildi.
Ot tayalarımız, samanlığımız, tövlәdә mal-qaramız olardı.

Anbarda tarhanamız, kasamızda kәrә yağımız, çuval-
larda yarmamız, nehrәlәrdә ayranımız әskik olmazdı...
Qatığı vә tarhanası olmayan ev kasıb sayılardı. Tövlәyә
mal-qaranın altını tәmizlәmәyә atamla birlikdә gedәrdik;
içәri peyin vә heyvan nәfәsi qoxuyardı. Zәnbillә saman
tökәrdik yemliklәrә. Ayaqları açılsın deyә bulağa aparardıq
malları. Geri qayıdarkәn onlara gәvәn verәrdik. Elә işta-
440 hayla yeyәrdilәr ki! “Ala dana sәnindir”, – deyәrdi atam.
Sığallayardım onu. Yaxınlaşanda hәmişә saçımı yalayar,
buynuzlarını mәnә sürtәrdi.

Axır ki, satdıq o ala dananı. Göyәrçinlәrimi dә
qonşulara bağışladım. Elә bil ürәyimin bir hissәsini verdim
onlara.

Ah, atam, ah, neçә ildi yoxsan! Hәkimlәr “vәrәm”
deyibmiş: anam danışmışdı mәnә. Әsgәrlikdә tutulubmuş.
Mal-mülkün hamısı hәkimlәrә xәrclәndi. Ölәndә vәsiyyәt
elәmişdi: “Oğlumu oxudarsan, qızımı da halal süd әmmiş
bir oğlana әrә verәrsәn”. Әclafın birinә getdi bacım. İndi
şәhәrdә yaşayırıq. “Şәhәr yaxşıdı, bolluqdu, adam ac qal-
maz, elә orada oxudaram sәni”, – demişdi anam. Anam
saçını süpürgә edib mәnim yolumda, mәn dә oxuyuram,
neylәyim, şәhәrdәyik axı...

Sabah şәnbәdi. Anam qarşıdakı binaya ev tәmizlә-
mәyә gedәcәk. Öskürürәm. Mәn dә mütlәq bir işin qulpun-
   435   436   437   438   439   440   441   442   443   444   445