Page 436 - antologiya
P. 436
Türkiyə ədəbiyyatı antologiyası

Ümid – gecә zülmәti... Ümid – qaranlığın içimdә
döyünәn qәlbi...

Bәlkә dә, bu sәkilәr, acı tütün, spirt qoxuyan kirli za-
llar, uzunsaç, yumşaqbәdәnli meyitlәr, әtir qoxulu intellek-
tual dişi cәsәdlәr yeni bir yoldaş tapdıqları üçün sevinәcәklәr.

Bir azdan fәlsәfә müәllimim nikotinli dişlәrini gös-
tәrәrәk: “Başa düşürәm sәni!” – deyәcәk. Qadın әllәrini
saçlarımda gәzdirib çiynimә qoyacaq, sonra isә çürümüş
saqqız kimi hәr gün çeynәyib üstümüzә tüpürdüyü antik
fәlsәfә nәzәriyyәsini tәkrarlayacaq:

– Boşluqda itib-batmısan.
– Xeyr, sadәcә xәstәyәm, – deyәcәyәm.
– Mәn dә onu deyirәm dә.
Bu sözlәri tuş sürtülmüş kirpiksiz gözlәrini qıyaraq
deyәcәk. Bir dә әlavә edәcәk ki, “bu gecә yanıma gәl, otu-
436 rub söhbәt edәk”.
Mücәrrәd şәkillәrlә zibillәdiyi otağının zәhәrli
havasını birlikdә udacağıq. İçindә mәnim dә yaşadığım bir
dünyadan bәhs edәcәk. Şüurumun ilk addımlarını o gecә
atacağam. Anamın hәftәdә iki gün ev tәmizlәmәyә get-
mәklә uşaq oxuda bilmәyәcәyini dә o gecә anlayacağam.
Divarları tökülmüş, kirayә qaldığımız evin buz kimi soyuq
olduğunu o gecә hiss edәcәyәm. Qabarlı әllәrimin, arası
kәsilmәyәn öskürәyimin sәbәbini o gecә bilәcәyәm.
İçimdә aşıb-daşan qәzәbimi nәzarәtә alacağam.
Sol yanağımı müәllimimin sevgiylә uzanan sağ ov-
cuna tәslim edib gözlәrimi yumacağam. Dırnaqları saç-
larımı incidәndә hәr şey mәnә aydın olacaq. Gözlәrimdәki
dәhşәti görsә dә, acıqca arxamca “bәdbәxt proletar!”
deyәcәk. Lap mәni müayinә edәn hәkim kimi danışacaq:
– Әn әvvәl müalicә olunmalısan. Arada bir şüurunu
uyuşdurub hәr şeyi unutmalısan.
   431   432   433   434   435   436   437   438   439   440   441